Ordu.az bu barədə TASS-a istinadən xəbər verir.
“Ölkəmizin daxili işlərinə bu cür müdaxilə qəbuledilməzdir”, - “The Express Tribune” qəzeti Pakistanın qətnaməsinin müəllifi, ölkənin Müsəlman Liqasının deputatı Şaist Perez Malikdən sitat gətirib.
“Heç bir dünya dövləti başqa ölkənin daxili işlərinə qarışmağa layiq deyil. Dünyada insan hüquqlarının pozulmasını pislədiyimiz kimi, bu müdaxiləni də pisləməliyik", - o deyib.
“ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi 901 saylı qətnaməyə görə çox təəssüflənirik”, - İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç deyib.
“Qətnamə açıq şəkildə Pakistanın siyasi, seçki proseslərinin qeyri-adekvat və səhv başa düşülməsindən irəli gəlir. Bu həm də Pakistanın daxili işlərinə arzuolunmaz müdaxilədir”, - o əlavə edib.
XİN sözçüsü vurğulayıb ki, 901 saylı qətnamənin qəbulunun vaxtı və konteksti də Pakistan və ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı müsbət trayektoriyası üçün əlverişli deyil. Pakistan ABŞ ilə münasibətlərini qarşılıqlı etimad, bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsasında inkişaf etdirmək istəyir.
Ordu.az