İranda seçki qutularını daşıyan avtomobilə hücum olub, ölən və xəsarət alanlar var

2024/06/1719638124.jpg
Oxunub: 129     04:03     29 İyun 2024    
Naməlum şəxslər İranın Sistan və Bəlucistan vilayətlərində seçki qutularını daşıyan avtomobilə atəş açıblar.

Ordu.az “Tasnim”ə istinadən xəbər verir ki, hücum nəticəsində təhlükəsizlik xidmətinin iki işçisi həlak olub.

İranın “Press TV” telekanalının məlumatına görə, hadisə zamanı daha beş nəfər yaralanıb. Öz növbəsində, “Fars” agentliyi hücumdan sonra bülletenlərin səslərin sayıldığı vilayət qubernatorluğuna aparıldığını bildirib.

İran ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Seçki   Təxribat  


Bizi "telegram"da izləyin