Hindistan ordusu 25 robot iti inventarına daxil etməyə hazırlaşır

2024/06/2024--1719643501.jpg
Oxunub: 243     16:33     29 İyun 2024    
Hindistan ordusu müşahidə və sıldırım ərazilərdə yük daşımaq üçün istifadə olunacaq 25 robot iti inventarına daxil etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu itlər əslində MULES (Multi-Utility Legged Equipment) kimi tanınır və ordu onlardan 100 ədəd sifariş etməyi planlaşdırır.

Məlumata görə, robot itlər termal kameralar və digər sensorlarla təchiz olunub.

Onlar, həmçinin kiçik silahlarla da təchiz oluna bilər, yəni bir bölmə heç bir həyatı riskə atmadan düşmənlə vuruşa bilər.

Qeyd edək ki, ordu fövqəladə satınalma sifarişinin bir hissəsi olaraq ötən il robot itləri sifariş etmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Ordu   MULES  


Bizi "telegram"da izləyin