Macarıstan Serbiyanın Aİ-yə daxil olmasını sürətləndirmək niyyətindədir

2024/04/1714030704.jpg
Oxunub: 194     16:31     26 İyun 2024    
Macarıstan iyulun 1-dən başlayacaq Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə Serbiyanın quruma daxil olması prosesini sürətləndirmək niyyətindədir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, Macarıstan Qərbi Balkan dövlətləri ilə onların Aİ-yə daxil olmasıyla bağlı danışıqları sədrliyinin prioritetlərindən biri kimi müəyyənləşdirib.

“Biz Qərbi Balkan namizədlərinin hamısı ilə hökumətlərarası konfranslar keçirmək, Serbiya ilə üzvlük üçün yeni fəsillər açmaq, Monteneqro ilə danışıqlarda azı yeddi fəsli bağlamaq, həmçinin Albaniya ilə ilk fəsilləri açmaq istərdik”, - P.Siyarto deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Serbiya    


Bizi "telegram"da izləyin