Hindistan Qətərlə “Mirage 2000” döyüş təyyarələrinin satışını müzakirə edir

2024/06/2024--1719643314.jpg
Oxunub: 243     15:49     29 İyun 2024    
Hindistan və Qətər Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) “Mirage 2000” döyüş təyyarələrinin satışını müzakirə edir.

Ordu.az xəbər verir ki, Qətərdən yüksək səviyyəli bir nümayəndə heyəti “MiQ” döyüş təyyarələrinin istismardan çıxması zamanı döyüş gücünü artırmağı hədəfləyən Hindistan HHQ-yə “Mirage 2000” döyüş təyyarələrinin satışını müzakirə etmək üçün Yeni Dehliyə gəlib.

Mənbələr qeyd edirlər ki, Qətərin modernləşdirmə standartlarına uyğun konfiqurasiya edilmiş “Mirage 2000-5” döyüş təyyarələri hazırda Hindistan HHQ-də xidmətdə olan “Mirage” təyyarələrinin 2 parkına yaxşı töhfə verə bilər.

Hindistan HHQ-nin əsas döyüş təyyarələrindən biri olan Fransa istehsalı “Mirage 2000”lər artıq istehsalda deyil.

Lakin “Mirage 2000” döyüş təyyarələrinin yaxın on il ərzində Hindistana xidmət edəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Qətər   Mirage-2000  


Bizi "telegram"da izləyin