Rusiya və Belarus ATƏT PA-nın sessiyasına buraxılmayacaq

2024/06/666db-1718467914.jpg
Oxunub: 396     19:23     15 İyun 2024    
Rumıniya Rusiya və Belarus nümayəndə heyətini ATƏT-in Parlament Assambleyasının sessiyasına buraxmayacaq.

Ordu.az-ın yerli “spotmedia” portalına istinadən xəbərinə görə, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Radu Filip deyib.

Onun sözlərinə görə, Rusiya Ukraynada apardığı müharibə səbəbindən, Belarus isə rəsmi Moskvaya dəstək verdiyi üçün iclasa dəvət olunmayıb.

Qeyd edək ki, sözügedən iclas 29 iyun – 3 iyul tarixləri arasında Buxarestdə keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Belarus  


Bizi "telegram"da izləyin