“Dövlət katibinin müavinlərinin səfəri və Blinkenin İlham Əliyevə zəngi həqiqətən bir paketdə nəzərdən keçirilməlidir” - Tarasov

2024/06/35505-1719045181.jpg
Oxunub: 360     16:30     22 İyun 2024    
“Dövlət katibinin müavinlərinin səfəri və Blinkenin İlham Əliyevə zəngi həqiqətən bir paketdə nəzərdən keçirilməlidir, çünki ABŞ hər cəhətdən prosesin iştirakçısına çevrilmək, regionu anti-Rusiya zonasına çevirərək, dominant nüfuza sahib olmaq istəyir”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

Onun sözlərinə görə, tərəflər sənəd imzalanmasına getdikcə yaxınlaşır və ABŞ narahatdır, bu prosesdə öz rolunu oynamağa çalışır.

Tarasov ABŞ dövlət katibinin müavini O-Brayenin Ermənistanda ABŞ-nin həvəsləndirdiyi barədə bəyanatını xatırladıb.

“O-Brayen yeni tələblər təqdim etmək siyasətinə çağırıb, məncə, bu, qismən hər iki tərəfə yönəldilib, çünki o, həmçinin blokadanın aradan qaldırılmasından danışaraq, Mərkəzi Asiyadan Aralıq dənizinə ticarət yolunun inşası üçün tarixi fürsətin yaradıldığını deyib. Ermənistanla Azərbaycan arasında sülh olarsa, bu baş verəcək”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin