Britaniyada Fələstin tərəfdarları Kembric Universitetinin binasına qırmızı boya atıblar

2024/06/Ekran-1719065892.jpg
Oxunub: 287     18:06     22 İyun 2024    
Böyük Britaniyada Fələstin tərəfdarları Kembric Universitetinin binasına qırmızı boya atıblar.

Ordu.az xəbər verir ki, bu barədə "Palestine Action" hərəkatının saytında yayılan press-relizdə deyilir.

“Etirazçılar Kembric Universitetinin tarixi Senat Evinə qırmızı boya atıblar”, - məlumatda bildirilir.

Buna səbəb 1917-ci ildə sionizmə dost münasibəti barədə bəyanat verən Böyük Britaniyanın keçmiş baş naziri Lord Artur Balfurun məhz bu binada məzun olması olub.

Fəallar, həmçinin Kembric Universitetini Qəzza zolağındakı döyüşləri maliyyələşdirməkdə ittiham edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Fələstin  


Bizi "telegram"da izləyin