Çin dünyada ilk termonüvə reaktorunu yaratdı

2024/06/cinli-1719052698.jpg
Oxunub: 248     14:15     22 İyun 2024    
Çinin termonüvə enerjisi sahəsində fəaliyyət göstərən “Energy Singularity” şirkəti ilk dəfə yüksək temperaturlu superkeçirici tokamak inşa edib.

Ordu.az bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, tokamak maqnit sahələrindən istifadə edərək plazma saxlayan dairəvi formalı bir qabdır ki, onun temperaturu nüvə birləşməsinin şərtlərini bərpa etmək üçün yüksəldilə bilir. Həddindən artıq yüksək temperaturda hidrogen atomları birləşərək helium əmələ gətirir və əlavə məhsul kimi böyük miqdarda enerji buraxır.

HH70 qurğusu Şanxayın şərq bölgəsində yerləşir və eyni zamanda özəl şirkət tərəfindən inşa edilmiş dünyada ilk superkeçirici tokamak olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Termonüvə-reaktoru  


Bizi "telegram"da izləyin