ABŞ Yəməndəki əməliyyatlara 1 milyard dollar xərcləyib

2024/06/1719039533.jpg
Oxunub: 332     21:58     22 İyun 2024    
Yəmən əməliyyatlarının dəyəri artır.

Ordu.az xəbər verir ki, ABŞ-nin Yəməndəki Husi qüvvələrinə qarşı dəniz və hava əməliyyatlarının dəyərinin indiyədək 1 milyard dolları keçdiyi bildirilib.

ABŞ kəşfiyyatının son hesabatına görə, ABŞ Silahlı Qüvvələri Husi qüvvələrinin Qırmızı dənizdə mülki ticarət gəmilərinə kamikadze Pilotsuz Uçuş Aparatı (PUA), qanadlı raket və ballistik raket hücumlarına qarşı çıxmaq üçün təxminən 1 milyard dollar xərcləyib.

Hesabata görə, ABŞ və Böyük Britaniyanın başçılıq etdiyi koalisiyanın həyata keçirdiyi intensiv hava hücumlarına baxmayaraq, Husi qüvvələrinin qətiyyətinin davam etdiyi və silah-sursat ehtiyatlarında nəzərəçarpacaq bir azalma olmadığı müəyyən edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yəmən  


Bizi "telegram"da izləyin