"Ən yaxşı zenit-raket artilleriya batareyası" adı uğrunda yarış keçirilib - FOTOLAR

2024/06/b6ccd-1718959868.jpg
Oxunub: 329     12:47     21 İyun 2024    
2024-cü il üçün hazırlıq planına əsasən, Hava Hücumundan Müdafiə bölmələrində "Ən yaxşı zenit-raket artilleriya batareyası" adı uğrunda yarış keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ən yaxşı zenit-raket artilleriya batareyası" adı uğrunda keçirilən yarışın əsas məqsədi şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin komandir heyətinin artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsidir.

Üç mərhələdə keçirilən yarışda hərbi qulluqçuların ixtisas hazırlığı üzrə nəzəri, praktiki bilik və bacarıqları, eləcə də batareyanın döyüş hazırlığı və uçot sənədləri yoxlanılıb. Yarışın sonuncu mərhələsində praktiki olaraq batareyanın döyüş hazırlığı, atəşin idarəolunması və atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra edilib.

Yarışın ümumi nəticələrinə əsasən qaliblər müəyyən olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Ordu   MN   Yarış  


Bizi "telegram"da izləyin