Yaponiya və Yeni Zelandiya “Kəşfiyyat Paylaşma Paktı” məsələsində razılığa gəlib

2024/06/1719040746.jpg
Oxunub: 434     18:21     22 İyun 2024    
Yaponiya və Yeni Zelandiya təhlükəsizlik və müdafiə sahələrində iki ölkə arasında məlumat mübadiləsini nəzərdə tutan “Kəşfiyyat Paylaşma Paktı” məsələsində razılığa gəlib.

Ordu.az xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Yaponiyanın Baş naziri Kişida Fumio ilə Yeni Zelandiyanın Baş naziri Kristofer Lyukson arasında keçirilən görüşdə iki ölkə arasında imzalanması planlaşdırılan “Kəşfiyyat Paylaşma Paktı” ilə bağlı prinsipial razılıq əldə edilib.

İki lider Yaponiya və Yeni Zelandiya arasında müdafiə və təhlükəsizlik sahələrində kəşfiyyat məlumatlarının paylaşılmasını nəzərdə tutan müqavilənin ən qısa zamanda imzalanması barədə razılığa gəliblər.

Görüşdən sonra birgə açıqlama verən Kişida və Lyukson Cənubi Çin dənizində artan gərginliklə bağlı narahatlıqlarını bölüşüb, Rusiya ilə Şimali Koreya arasında artan hərbi əməkdaşlığı ən sərt şəkildə pisləyiblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Yeni-Zelandiya  


Bizi "telegram"da izləyin