Vaşinqton İrəvanda koalisiya axtarışındadır? Britaniya iştirakdan imtina edib?

2024/06/1719046778.jpg
Oxunub: 498     14:21     22 İyun 2024    
İyunun 17-də Ermənistana ikigünlük səfərə edən ABŞ dövlət katibinin birinci müavini Riçard Verma İrəvan restoranlarından birindən foto paylaşıb.

Fotoda Verma Ermənistan xarici işlər nazirinin müavini, Fransa, Hindistan və Aİ-nin Ermənistandakı səfirləri ilə nahar süfrəsi arxasındadır. Hər halda yüksək dərəcəli amerikalı diplomatın paylaşdığı fotodakı kompozisiya belədir. Amerikalı diplomat bildirib ki, “həmfikir diplomatlar”la yaxşı söhbət aparıb. Maraqlıdır ki, Ermənistanda ABŞ ilə həmfikir olan bu qədər diplomatlar var, yoxsa Birləşmiş Ştatlar bu çərçivəni seçib?

Yeri gəlmişkən, diqqətəlayiq bir nüans var. Məsələn, bir neçə ay əvvəl müxalifətçi Navalnı Rusiya həbsxanasında öləndə, ABŞ və Böyük Britaniyanın İrəvandakı səfirləri birlikdə əkil qoyma mərasimində iştirak ediblər. Lakin Fransa səfiri onların yanında olmayıb. İndi isə Fransa səfiri Riçard Verma ilə “həmfikirlilər” naharında iştirak edir və Böyük Britaniya səfiri görünmür. Burada daha sadə, daha texniki cavablar ola bilər. Bir şey bəlkə də tam aydındır ki, ABŞ Ermənistanda koalisiya axtarır.

Məgər “geosiyasi koalisiya”nın, yoxsa konkret məsələdə Ermənistanla bağlı qərar və ya prosesin irəli sürülməsi ilə şərtləşə bilən situasiya koalisiyasının axtarışından danışmaq olarmı? Bunu dəqiq söyləmək üçün yuxarıda təsvir edilən görüşdən daha dolğun məlumatların əldə olunması lazımdır. Lakin çətin ki, bu, sırf nəzakət xarakteri daşıyırdı. Çünki söhbət sadəcə olaraq diplomatların nahar süfrəsi arxasında olsa da, tərəfdaşlıq toplantısından getmir. Naharda ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi, dövlət katibinin idarəetmə və resurslar üzrə birinci müavini ilə yanaşı, Ermənistanda fəaliyyət göstərən bir neçə diplomat da iştirak edib.

Bu, o deməkdir ki, təşəbbüs məqsədyönlü olub.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin