Erməni siyasi xadim: “Ermənistan de-fakto demokratik ölkə deyil, demokratiya natamam olmur”

2024/06/1719044783.jpg
Oxunub: 223     15:15     22 İyun 2024    
“Mənim üçün demokratiya hüquq, öhdəlik və təhlükəsizlikdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Avropa Partiyasının üzvü, erməni aktyor Hovhannes Azoyan Ermənistan parlamentində deyib.

“Konstitusiyasına görə, Ermənistan demokratik ölkədir. Yəni, Ermənistan de-yure demokratik ölkədir, bəs de-fakto? Cavabım budur ki, xeyr”, - deyə Azoyan qeyd edib.

Azoyan bildirib ki, demokratiya natamam olmur.

“Demokratiya natamam olmur, necə ki, siyasi vəziyyətə və zövqə görə seçmə yanaşma və ya demokratiya olan qismən demokratiya yoxdur. Ya mükəmməl olur, ya da heç olmur. Natamam demokratiya özünü aldatmadır”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Avropa  


Bizi "telegram"da izləyin