Yunanıstan HDQ-yə məxsus gəminin gövdəsində dəlik açılıb

2024/06/ntegi-1719040410.jpg
Oxunub: 235     15:31     22 İyun 2024    
Yunanıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) inventarında olan “La Combattante IIIB” sinfinə məxsus gəminin gövdəsi tapşırıq zamanı deşilib.

Ordu.az xəbər verir ki, Şərqi Aralıq dənizində fəaliyyət göstərən gəmidə reaktiv yaylım atəşi sisteminin atəş açması zamanı problem yaranıb və nəticədə köhnə gəmidə özü-özünü dəlmə vəziyyəti yaranıb.

Özü-özünü dəlmə vəziyyətinin duzun yaratdığı korroziya və gəminin yaşı ilə əlaqədar olduğu bildirilir.

Qeyd olunur ki, müvafiq qəza baş verərsə, gəmiyə su daxil ola bilər və gəminin stabilizasiyasında problemlər yarana bilər.

Belə qəzaların qarşısını almaq üçün gəmilərdə müxtəlif kimyəvi maddələrdən istifadə edilir və gəmidəki dəlik tez bir zamanda düzəldilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   HDQ  


Bizi "telegram"da izləyin