Erməni siyasi xadim: “Bu, strategiya deyil, müharibəyə, udulmaya aparır, başqa bir şey etməliyik”

2023/10/1696657439.jpg
Oxunub: 322     16:22     22 İyun 2024    
“Erməni Milli Konqresi alternativ siyasətdən danışarkən, bu, müxtəlif növ radikal millətçilərin dediklərindən tamamilə fərqlidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Erməni Milli Konqresi partiyasının sədr müavini Levon Zurabyan deyib.

Onun sözlərinə görə, ictimaiyyət sülh strategiyası təklif edən bir qüvvə görməlidir.

“Xalqımız bütövlükdə realistdir və vəziyyətimizi başa düşür. Bəli, biz müharibəyə gedə bilmərik, amma bu o demək deyil ki, biz hər şeyi hissə-hissə təhvil vermək yolu ilə getməliyik. Bu, strategiya deyil, müharibəyə, udulmaya aparır. Başqa bir şey etməliyik”, - deyə Zurabyan qeyd edib.

Zurabyan bildirib ki, Ermənistan istehkamlar tikməli, silahlanmalı, orduda sürətli texnoloji tərəqqiləri təşkil etməli, yenidən təşkilatlanmalıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Strategiya   Xaos  


Bizi "telegram"da izləyin