2 ədəd KC-46 ABŞ HHQ-in inventarına daxil edilib

2024/06/gjgh-1719036304.jpg
Oxunub: 795     20:59     22 İyun 2024    
“McGuire-Dix-Lakehurst” Birgə Bazasında keçirilən mərasimlə 2 ədəd KC-46 ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) inventarına daxil edilib.

Ordu.az xəbər verir ki, KC-135 “Stratotanker”lər və KC-10 “Extender”ləri əvəz etmək üçün nəzərdə tutulmuş platforma “Boeing” KC-767 təyyarəsi əsasında hazırlanıb.

İlk uçuşunu 2015-ci il sentyabrın 25-də edən platforma 2019-cu ildə ABŞ HHQ-də xidmətə başlayıb.

Cəmi 78 təyyarə istehsal edilib və ABŞ ilə Yaponiya HHQ-lərində fəal şəkildə istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya   HHQ  


Bizi "telegram"da izləyin