Husilər ABŞ-a məxsus gəmiyə ballistik və qanadlı raketlərlə zərbələr endiriblər

2024/03/1710392964.jpg
Oxunub: 362     20:12     22 İyun 2024    
Yəmənin husi üsyançıların Qırmızı dənizdə Amerikanın “Dwight Eisenhower” aviadaşıyıcısına hücum edib.

Ordu.az xəbər verir ki, bu barədə husilərin rəsmisi Yəhya Saria bildirib.

Onun sözlərinə görə, Qırmızı dənizin şimalında ballistik və qanadlı raketlərdən istifadə etməklə Amerikanın “Dwight Eisenhower” aviadaşıyıcısı hücuma məruz qalıb.

Bundan əlavə, üsyançı qüvvələr Ərəb dənizində “Transworld Navigator” xüsusi yük gəmisinə ballistik raketlərlə zərbələr endiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   ABŞ  


Bizi "telegram"da izləyin