Belçika 17 ədəd H145M çoxməqsədli helikopteri sifariş edib

2024/06/1719035805.jpg
Oxunub: 236     15:12     22 İyun 2024    
Belçika Silahlı Qüvvələri üçün 17 ədəd H145M çoxməqsədli helikopterinin tədarükü ilə bağlı “Airbus” ilə müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, sifariş ölkə ordusunun gücləndirilməsi proqramı və Rusiya-Ukrayna müharibəsindən sonra həyata keçirilən hərbi modernləşdirmə səyləri çərçivəsində verilib.

Müqaviləni Brüssel adından imzalayan NATO Dəstək və Satınalma Agentliyinə (NSPA) görə, bu satınalma Belçikaya xüsusi əməliyyatlar, tibbi evakuasiya və humanitar missiyalar üçün “effektiv taktiki hava daşıma qabiliyyəti” təmin edəcək.

Satınalma, həmçinin texniki dəstək, təlim və missiyaların icrasında digər NATO üzvləri ilə tərəfdaşlıq və qarşılıqlı fəaliyyət təmin edəcək.

Məlumata görə, sifariş edilən 17 ədəd H145M-dən 15-i Belçika ordusuna təhvil veriləcək. Qalanı isə polis qüvvələrinə veriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   H145M  


Bizi "telegram"da izləyin