Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum sentyabrın 21-də keçiriləcək?

2024/06/1719045002.jpg
Oxunub: 242     15:52     22 İyun 2024    
“İctimai-siyasi və analitik dairələrin, eləcə də 4 siyasi partiyanın nümayəndələri üç ay müddətində Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı referendum təşkil etməyi təklif ediblər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində “Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müraciəti ilə əlaqədar referendumun keçirilməsi təklifi barədə” parlament dinləmələri zamanı “Respublika” partiyasının sədri Aram Sarkisyan deyib.

Onun sözlərinə görə, Ermənistan xalqı, nəhayət, öz ölkəsinin inkişafını hansı sivilizasiya yolunda gördüyünü deməlidir.

“Gürcüstanda parlament və milli seçkilər keçiriləcək ki, bu da öz məzmununa görə referendumdur. Moldovada Aİ-yə üzvlüklə bağlı referendum keçiriləcək”, - deyə Sarkisyan qeyd edib.

Sarkisyan Gürcüstan və Moldovada keçiriləcək seçkilərdən əvvəl Ermənistanda referendumun keçirilməsinə təşəbbüs göstərməyi təklif edib.

O, seçkilərin sentyabrın 21-də keçirilməsini təklif edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin