Rumıniya Cənubi Koreyadan 155 mm-lik K9 haubitsalarını 920 milyon dollara alır

2024/06/1719037690.jpg
Oxunub: 269     17:50     22 İyun 2024    
Cənubi Koreyanın Müdafiə Nazirliyi Rumıniyanın son 7 ildə ən böyük silah alışını həyata keçirərək, 920 milyon dollar dəyərində Cənubi Koreyanın K-9 özüyeriyən haubitsalarını alacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, razılaşma Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik və onun rumıniyalı həmkarı Anxel Tilvar arasında Şinin Şərqi Avropa ölkəsinə səfəri çərçivəsində keçirilən görüşdə açıqlanıb.

Şin və Tilvar razılaşıblar ki, Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlıq Avropa və Asiyanın təhlükəsizliyini təhdid edir və bu məsələdə beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq lazımdır.

Qeyd edək ki, aprel ayında Cənubi Koreya və Rumıniya liderləri sammit keçirib və müdafiə sənayesi sahəsində əməkdaşlığı artırmağa söz veriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   CənubiKoreya  


Bizi "telegram"da izləyin