Polşa Belarusla sərhəd məntəqələrini bağlamaq niyyətindədir

2024/05/6633c-1714673673.jpg
Oxunub: 345     23:38     22 İyun 2024    
Polşa höküməti Belarusla sərhəddə bütün sərhəd-keçid məntəqələrinin bağlanması imkanlarını nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski “TVN24” telekanalına müsahibəsində bildirib.

“Belarusun addımları ilə əlaqədar biz bütün sərhəd-keçid məntəqələrinin bağlanmasını nəzərdən keçiririk. Hazırda bunun Polşa iqtisadiyyatına təsir edib-etməyəcəyini nəzərdən keçiririk”, - XİN başçısı vurğulayıb.

İyunun 13-də Polşa Belarusla sərhəddə bufer zonası tətbiq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Belarus  


Bizi "telegram"da izləyin