Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, İrəvan sakini K. P. 2024-cü ilin yanvarında Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi Hospitalına köçürülmüş müddətli erməni hərbi qulluqçu A. M.-i sonrakı hərbi xidmətdən azad etmək xahişi ilə tanışı V. S-ə müraciət edib, eyni zamanda A. M və onun anasının qeyd olunan məsələnin həlli üçün rüşvət verməyə hazır olduqlarını bildirib.
İlkin istintaq zamanı V. S-ə qarşı Ermənistan Cinayət Məcəlləsinin 440-cı maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb. Onun barəsində qətimkan tədbiri olaraq ev dustaqlığı seçilib.
Cinayət prosesi üzrə ibtidai istintaq yekunlaşıb və icraatın materialları mahiyyəti üzrə araşdırılması üçün ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib.
Alpər Mövludoğlu
Ordu.az