Keçmiş erməni döyüşçü: “Əvvəllər Gorusdan qlobusun yarısı görünürdüsə, bu gün yalnız Azərbaycan bayrağı və mövqeləri görünür”

2024/06/1718868574.jpg
Oxunub: 549     20:12     22 İyun 2024    
“Nikol Paşinyanı Zəngəzurda belə qarşılayanlar əvvəllər də olub”.

Ordu.az xəbər verir ki, bunu keçmiş erməni döyüşçü, Şurnuxu sakini Ararat Ağabekyan deyib.

“Mən öz adımdan danışa bilərəm, fikirlərimdə heç nə dəyişməyib, çünki mənim tərbiyəm imkan vermir ki, bir şey deyim, tamam başqa şey edim. Kim yaxşı iş görürsə, mən onun tərəfindəyəm. Mən öz adıma cavab verə bilərəm”, - deyə Ağabekyan qeyd edib.

“Zəngəzurlu özünü təhlükəsiz hiss edir?” sualına Ağabekyan cavab verib ki, bu gün təkcə Zəngəzur yox, bütün Ermənistan təhlükədədir.

“Əvvəllər Gorusdan qlobusun yarısı görünürdüsə, bu gün yalnız Azərbaycan bayrağı və mövqeləri görünür. Öndə rəqib, arxada rəqib dayanıb”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Zəngəzur   Gorus   Azərbaycan  


Bizi "telegram"da izləyin