Erməni general: “44 günlük müharibədə Rusiya bizə silah və hərbi texnika vermədi, ancaq müəyyən miqdarda sursat verdi”

2019/12/Gagik-1575627915.jpg
Oxunub: 382     14:32     22 İyun 2024    
“Ermənistanın müttəfiqi yoxdur, biz müxtəlif dövlətlərlə dostluq əlaqələri qururuq və onlarla müttəfiqlik münasibətləri yaratmağa çalışırıq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı, general Qaqik Melkonyan deyib.

Onun sözlərinə görə, 2010-cu ildən Rusiya Azərbaycan ordusunu hücum silahları ilə silahlandırmaqla, balansı dəyişməyə başlayıb.

“Biz bu məsələləri qaldıranda bunu Rusiyada biznes adlandırdılar, bizi əmin etdilər ki, onlardan bizə qarşı istifadə olunmasına imkan verməyəcəklər. 2020-ci il müharibəsi zamanı bizi unutdular, Rusiya passiv idi. 44 günlük müharibədə Rusiya bizə silah və hərbi texnika vermədi, ancaq müəyyən miqdarda sursat verdi”, - deyə Melkonyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Silah  


Bizi "telegram"da izləyin