ABŞ LGM-35A “Sentinel” üçün inkişaf etdirilən başlıqları sınaqdan keçirib

2024/06/1719039473.jpg
Oxunub: 218     14:04     22 İyun 2024    
ABŞ yeni inkişaf etdirdiyi, nüvə başlığı daşıyacaq başlıqları sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) və “Lockheed Martin” arasında əməkdaşlıq çərçivəsində 2024-cü il iyunun 17-də həyata keçirilən sınaqda LGM-35A “Sentinel” qitələrarası ballistik raketi (ICBM) üçün inkişaf etdirilən “Mk21A” başlıqlarının planlı bir uçuş sınağının həyata keçirildiyi bildirilib.

İyunun 18-də ABŞ HHQ Nüvə Silahı Mərkəzi (AFNWS) və “Lockheed Martin” tərəfindən verilən açıqlamalarda qeyd olunub ki, iyunun 17-də səhər saatlarında “Vandenberg” Kosmik Qüvvələri Bazasından “Minotaur I” raketi ilə silahsız “Mk21A” başlığı buraxılıb və Sakit Okeanda yerləşən sınaq meydançasına uğurla çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   LGM-35A   Sentinel  


Bizi "telegram"da izləyin