Putin-Kim danışıqları Ermənistanı çəkindirmir?

2024/06/2b4f1-1718735699.jpg
Oxunub: 448     18:09     22 İyun 2024    
İyunun 19-da Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

Rusiya prezidenti Vladimir Putinin açıqladığı kimi, saziş onu nəzərdə tutur ki, “təcavüz” halında tərəflər bir-birinə hərbi dəstək verəcəklər. İstək halında “aqressiya” imitasiyası həmişə tapılacaq. Qərb mənbələri Putin-Kim Çen In danışıqlarına paralel olaraq Çinin “nümayəndə heyətinin” Seula səfər etdiyini bildirir.

Rəsmi görüş “2+2 formatında, lakin xarici işlər və müdafiə nazirləri səviyyəsində deyil, kimliyi açıqlanmayan aşağı dərəcəli rəsmilər səviyyəsində” keçirilib. Çin Rusiya prezidentinin Şimali Koreyaya səfərinə rəsmi cavab verməyib. Bir sıra analitik nəşrlər Rusiyanın “Asiya “üçlü ittifaqı” yaratmaq niyyətində olduğunu və Çinin iştirakını nəzərə aldığını” bildirir. Bu, regionumuz üçün böyük əhəmiyyət kəsb edə bilər.

Ermənistan yeni silahlar əldə etmək üçün Fransa ilə danışıqlar aparır. Bu günlərdə Ermənistanın müdafiə naziri Suren Papikyan Parisə gedib, habelə Hindistan və ABŞ Müdafiə Nazirliyinin yüksək səviyyəli təlimatçıları İrəvandadır. Fransa, həm də Hindistan hərbi sənaye kompleksinin texnoloji sponsorudur. Fransa və Hindistan Ermənistanın eyni dərəcədə mühüm tədarükçüsü olan Yunanıstanla da sıx hərbi-texnoloji əməkdaşlıq edir.

Paşinyan “müharibə istəmədiyini” bəyan etsə də, əslində, Ermənistan ötən illərdə nəinki hərbi xərclərini azaltmayıb, əksinə, daha da artırıb.

Ermənistan “Avrasiya Təhlükəsizlik Xartiyası”ndan yayınmaqla ambisiyalarının həyata keçirilməsi üçün Qərbdən təminatlar almağa çalışır. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin özüyeriyən artilleriya sistemlərinin alınmasına dair Ermənistan-Fransa razılaşmasına toxunaraq deyib ki, “hər hansı bir regiona Qərb silahlarının tədarükünün yaxşı şeyə gətirib çıxardığı” bir hadisə bilmir.

Bu, Ermənistan tərəfindən açıq xəbərdarlıq, siqnal olaraq qəbul edilməlidir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   KXDR   Ermənistan  


Bizi "telegram"da izləyin