İsrail nüvə arsenalını modernləşdirir – HESABAT

2024/06/1719035402.jpg
Oxunub: 244     15:47     22 İyun 2024    
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, İsrail nüvə arsenalını modernləşdirir.

Ordu.az xəbər verir ki, SIPRI-nin nüvə silahlarına dair illik hesabatına əsasən, İsrail Dimonadakı nüvə tədqiqat obyektində öz reaktoru üçün plutonium hazırlayır.

Tədqiqatçılar öz hesabatlarında İsrailin açıq şəkildə nüvə silahına malik olduğunu etiraf etmədiyini, lakin daha sonra İsrailin plutoniumunu inkişaf etdirərək, nüvə arsenalını modernləşdirdiyini bildirirlər.

Hesabatda Rusiya 4380 nüvə başlığı ilə birinci, ABŞ isə 2023-cü ildən dəyişməyərək, 3708 nüvə başlığı ilə ikinci yerdədir.

Çin isə 2023-cü ildə döyüş başlıqlarının sayını 410-dan 500-ə çatdırmaqla, üçüncü yeri tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Nüvə  


Bizi "telegram"da izləyin