ABŞ Tayvana 360 milyon dollarlıq yeni silah satışını təsdiqləyib

2024/06/30890-1719035237.jpg
Oxunub: 255     15:45     22 İyun 2024    
Birləşmiş Ştatlar Pilotsuz Uçuş Aparatları (PUA) da daxil olmaqla, Tayvana 360 milyon dollarlıq yeni silah satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, ABŞ administrasiyası yüzlərlə zərbə PUA-sı, raket avadanlığı və müvafiq dəstək materialları da daxil olmaqla, Tayvana 360 milyon dollar dəyərində yeni silah satışını təsdiqləyib.

Sözügedən satışa döyüş başlıqlı 291 ədəd “Altius-600M” kamikadze PUA sistemi və uzun mənzilli “gəzən sursat” kimi tanınan 720 ədəd “Switchblade” də daxildir.

Silah satışının təsdiqlənməsi Tayvanı öz ərazisinin bir hissəsi hesab edən və lazım gələrsə, onu güc yolu ilə birləşdirməyə söz verən Çin və ABŞ arasında gərginliyin yüksək olduğu bir vaxta təsadüf edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tayvan   Silah  


Bizi "telegram"da izləyin