İsrail XİN erməni səfiri qəbul etməkdən imtina edir

2024/06/1717750104.jpg
Oxunub: 317     14:10     22 İyun 2024    
“Ermənistanın İsraildəki səfiri ilə bu ölkənin Xarici İşlər Nazirliyində görüş hələlik baş tutmayıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

Onun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyi Fələstin Dövlətinin tanınması ilə bağlı bəyanat yayıb, bəyanatda Ermənistanın yanaşmaları, o cümlədən “iki dövlət” prinsipi ilə bağlı yanaşması təqdim olunub.

“Əlavə ictimai şərhimiz yoxdur. Hazırda İsrail Xarici İşlər Nazirliyində Ermənistan səfiri ilə görüş olmayıb”, - deyə Badalyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İsrail  


Bizi "telegram"da izləyin