Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə QHT forumu keçiriləcək

2024/06/forum-1719086552.jpg
Oxunub: 291     22:34     22 İyun 2024    
İyunun 24-də Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” işə başlayacaq.

Ordu.az xəbər verir ki, 200-ə yaxın ictimai birliyin təmsilçilərinin iştirak edəcəyi forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçiriləcək. Forum 2 gün davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   QHT  


Bizi "telegram"da izləyin