TDT-nin rolu, Qərb və Rusiyanın planları| Karpatdan Baykala, yoxsa Baykaldan Karpata genişlənmə baş tutacaq?

2024/06/1719048880.jpg
Oxunub: 494     15:26     22 İyun 2024    
Brüsseldə Avropa İttifaqının qeyri-rəsmi sammiti başa çatıb, burada Avropa Şurası və Avropa Komissiyasının prezidentinin seçilməsi məsələsi müzakirə olunub. Yekun razılıq əldə olunmayıb, Qərb mətbuat mənbələri ziddiyyətli, bir-birinə uyğun gəlməyən məlumatlar yayır.

Bununla belə, Macarıstanın Baş naziri Viktor Orban məyusluğunu bölüşməyə tələsib və “X” sosial platformasında yazıb ki, bu vəzifələrə kimin seçilməsindən asılı olmayaraq, Avropa İttifaqı Ukraynadakı münaqişəni saxlamaq və Rusiyaya qarşı çıxmaq kursunu davam etdirəcək.

“Onlar reallığa məhəl qoymurlar, Avropa seçkilərinin nəticələrinə məhəl qoymurlar, Avropa xalqının iradəsini boğurlar. Sadəlövh olmayaq, onlar immiqrasiyanı dəstəkləyəcək və Rusiya ilə Ukrayna arasındakı müharibəyə daha çox pul və silah göndərəcəklər”, - deyə Macarıstanın Baş naziri yazıb. Orban bu yaxınlarda NATO-nun Baş katibi Yens Stoltenberqlə üz-üzə görüş keçirib və etiraf edib ki, nail ola bildiyi maksimum Ukraynanı dəstəkləmək məsələsində Şimal Atlantika Alyansına üzv ölkələrə müstəqil qərar qəbul etmək hüququnu verəcəyidir.

Orban təcrübəli siyasətçidir və sözsüz anlayır ki, onun Karpat dağlarından Baykal gölünə qədər uzanan Türk Dünyası ilə bağlı bəyanatı NATO-nun analitik mərkəzində əksinə, Baykaldan Karpat dağlarına qədər inteqrasiya mənasında qiymətləndirilib. Bələ də o, faktiki vəziyyətdə qərarların Avropa Komissiyası tərəfindən deyil, NATO tərəfindən qəbul edildiyini nəzərdə tutur. Avropanın Rusiyaya qarşı faktiki müharibəsi şəraitində başqa cür olmayacaq.

İyunun 14-də Rusiya prezidenti Vladimir Putin “Yeni Avrasiya Təhlükəsizlik Sistemi”nin “Belarus təşəbbüsü”ndən danışıb və bunun NATO üzvü olan bəzi ölkələrlə müzakirə edilməsinin mümkün olduğuna eyham vurub.

Söhbət böyük ehtimalla Türkiyə və Macarıstandan, Türk Dövlətləri Təşkilatının müşahidəçi-üzvündən gedir. Ankarada İlham Əliyevlə danışıqlardan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada TDT sammitinin keçirilməsi təklifi ilə çıxış edib və Şimali Kiprin də dəvət ediləcəyinə ümid etdiyini bildirib. Habelə o da məlumdur ki, NATO-nun Baş katibi Macarıstanın Baş nazirinə Avro-Atlantik təhlükəsizlik zonasından kənarda edəcəyi bir şeyin olmadığını açıqlayıb.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   ABŞ   Qərb   TDT   Rusiya  


Bizi "telegram"da izləyin