Ordu.az xəbər verir ki, xidmətə daxil olmasından 25 ildən çox vaxt keçməsinə baxmayaraq, F-22 indiyə qədər istehsal edilmiş ən qabaqcıl hava üstünlüyü qırıcı təyyarəsi hesab olunur və bunu gələcək illərdə də davam etdirəcək.
“500.000 uçuş saatını qeyd edərkən, biz təkcə F-22-nin deyil, bütün hava döyüşlərinin davam edən təkamülünə baxırıq”, - deyə “Lockheed Martin” bildirib.
“Lockheed Martin” vurğulayıb ki, bu gün F-22-də davam edən modernləşdirmə səyləri və strateji təkmilləşdirmələr onun imkanlarını daha da artıracaq və həmçinin yeni nəslin hava üstünlüyünə imkan verəcək.
Sevinc Əliyeva
Ordu.az