ABŞ Ukraynanın enerji sektoruna 1,5 milyard dollar ayırıb

2024/06/1717737468.jpg
Oxunub: 322     17:12     15 İyun 2024    
ABŞ-nin vitse-prezidenti Kamala Harris Vaşinqtonun Kiyevə 1,5 milyard dollar yardım edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, o, bunu İsveçrədə keçirilən konfransda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.

Onun sözlərinə görə, maliyyə vəsaitini ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ayıracaq:

“USAID-in dəstəyinə 500 milyon dollar yeni enerji yardımı maliyyəsi və Ukraynanın fövqəladə enerji ehtiyacları üçün əvvəllər elan edilmiş 324 milyon dollar yardımın istiqamətləndirilməsi daxildir. Maliyyələşdirmə enerji infrastrukturunun yenidən qurulmasına, enerji istehsalının genişləndirilməsinə, özəl sektorun investisiyalarının stimullaşdırılmasına və enerji infrastrukturunun qorunmasına xidmət edəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin