Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Niger Fransa nüvə şirkətinin aktivin işlənməsi planını rədd etdikdən sonra “Orano SA” iyunun 19-dan etibarən dünyanın ən böyük yataqlarından birində uran hasilatı hüququnu itirə bilər.
“İmuraren” yatağının təklif olunan işlənmə planı hakimiyyətin gözləntilərinə cavab vermir”, - Niger Mədən Nazirliyinin məktubunda qeyd edilib.
Məlumatda vurğulanıb ki, ikinci və son bildiriş iyunun 19-da başa çatır, bundan sonra şirkətin fəaliyyət icazəsi ləğv ediləcək.
Ordu.az