Rusiya Ukraynanın yaşayış məntəqələrinə zərbələr endirib: ölən və yaralananlar var

2024/06/666d5-1718443696.jpg
Oxunub: 387     13:19     15 İyun 2024    
Rusiyanın sutka ərzində Ukraynanın 11 vilayətinin 84 yaşayış məntəqəsinə hücumu zamanı mülki vətəndaşlar arasında ölən və yaralananlar var.

Ordu.az-ın “Pravda”ya istinadən xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Mətbuat Mərkəzi məlumat yayıb.

Qurumdan o da bildirilib ki, minaatan, artilleriya, reaktiv yaylım atəşi sistemləri, pilotsuz uçuş aparatları, Operativ-Taktiki Raket Kompleksi, eləcə də hərbi aviasiya vasitəsilə endirilən zərbələr zamanı 185 infrastruktur obyekti yararsız hala düşüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin