Rusiya HHQ Rostova hücum edən PUA-ları zərərsizləşdirib

2024/06/666d2-1718433479.jpg
Oxunub: 336     10:00     15 İyun 2024    
Səhərin erkən saatlarında Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları Rusiyanın Rostov vilayətinə hücum edib.

Ordu.az-ın xəbərinə görə, bu barədə video “ASTRA” teleqram kanalında paylaşılıb.

Vilayətin qubernatoru Vasili Qolubev bildirib ki, onların hamısı hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Nəticədə PUA-ların qalıqları vilayətin Kamensk-Şaxtinsk rayonundakı kimyəvi məhsullar istehsal edən müəssisələrdən birinin ərazisinə düşüb.

İnsan tələfatı və ya xəsarət alanlarla bağlı məlumat verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   HHQ  


Bizi "telegram"da izləyin