SAHA: “Gürbağ” şirkəti ağıllı müdafiə sistemini nümayiş etdirib

2022/10/RHP02-1666871525.jpg
Oxunub: 3219     14:15     28 Oktyabr 2022    
Türkiyənin “Gürbağ Müdafiə Texnologiyaları” şirkəti İstanulda keçirilən SAHA sərgisində GIDS adlı ağıllı müdafiə sistemini nümayiş etdirib.

Ordu.az xəbər verir ki, sistem radar, elektro-optika, hidrogenlə hərəkət edən buraxılış qurğusu və rabitə sistemlərindən ibarətdir.

Şirkət tərəfindən hazırlanmış orijinal proqram sayəsində sistem asimmetrik hədəfləri avtomatik aşkarlayan, diaqnostika edə bilən və izləyə bilən sistem, buraxılış qurğusu vasitəsilə sabit qanadlı sursatları və bənzər dəqiqliklə idarə olunan sursatları buraxa bilir. GIDS istifadəçisinə hədəfin aşkarlanmasından məhv edilməsinə qədər inteqrasiya olunmuş həll təklif edir.

Radar və elektro-optik yüklər vasitəsilə əldə edilən hədəf məlumatlarını komanda-nəzarət mərkəzinə ötürə bilən GIDS-in ən kritik xüsusiyyəti onun ehtiva etdiyi buraxılış sistemində gizlənir. Ümumiyyətlə klassik buraxılış sistemləri ya tək atış müddətinə malikdir, ya da hər atışdan sonra texniki xidmət tələb olunur. Gürbağ Müdafiə Texnologiyaları tərəfindən hazırlanmış GIDS Sisteminin buraxılış qurğusunda hidrogenlə işləyən hərəkət sistemindən istifadə olunur. Bu hərəkət sistemi sayəsində sursat atıldıqdan sonra buraxılış qurğusu bir dəfədən çox istifadə oluna bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA   Gürbağ  


Bizi "telegram"da izləyin