SAHA: Türkiyənin “Dasal” müəssisəsi hazırladığı hava platformalarını təqdim edir

2022/10/dasal-1666792405.jpg
Oxunub: 8552     10:12     28 Oktyabr 2022    
İstanbulda keçirilən SAHA sərgisində Türkiyənin ASELSAN və “Altınay” şirkətlərinin birgə yaratdığı “Dasal” müəssisəsi də iştirak edir.

Ordu.az xəbər verir ki, şirkət hazırladığı hava platformalarını izləyicilərə təqdim edir.

Müəssisə tək və çox rotorlu PUA-larını, modellərini və alt sistemlərini nümayiş etdirir.

Türkiyənin “Dasal” şirkəti “Kargo 150” və “Kırlangıç” PUA-larını istehsal edir. Sadə, erqonomik və effektiv əməliyyat istifadəsi sayəsində kəşfiyyat, nəzarət və müşahidə platforması olaraq istifadə edilən “Kırlangıç” 1,2 kiloqrama qədər faydalı yük daşıma qabiliyyəti və 8 km-ə qədər uçuş məsafəsinə malikdir. Sistemin quruda və dənizdə istifadə üçün xüsusi hazırlanmış proqram və texniki təchizatı müxtəlif tələblərə ən optimal şəkildə cavab verə bilər. 40 km əməliyyat radiusunda 100 km/saat sürətlə 150 kq faydalı yük daşıya bilən “Kargo 150” qida və sursat kimi kritik dəstək materiallarının daşınması üçün xüsusi hazırlanmış yük PUA-sıdır.

816 şirkət və 22 universitetlə Avropanın və Türkiyənin ən böyük sənaye klasteri olan Müdafiə Aviasiya və Kosmik Klaster Dərnəyi (SAHA İstanbul) tərəfindən təşkil edilən sərgi 25-28 oktyabr tarixlərində İstanbulda baş tutur.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Dasal  


Bizi "telegram"da izləyin