Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri yazıb.
PUA-larda aktiv istifadə edilən MAM-L mini ağıllı sursatı 30-dan çox ölkəyə ixrac edilib və hazırda müxtəlif konfiqurasiyaları hazırlanır.
Müqavilə ROKETSAN və “Baykar” şirkəti arasında İstanbulda keçirilən SAHA sərgisində imzalanacaq.
Məlumata görə, iki istiqamətli məlumat əlaqəsinə malik olduğu təxmin edilən IIR MAM-L sursatının qanadları uzadılacaq və çox daha uzun məsafəyə sahib olacaq. Yeni versiyada sursat PUA-dan işə salındığı andan hədəfə çatana qədər operator tərəfindən dəqiq idarə oluna bilər.
Sevinc Əliyeva
Ordu.az