“Bayraktar” Qarabağda Ermənistanın Rusiya tərəfindən təmin edilən yüzlərlə zirehli texnikasını məhv edib və Rusiyanın hava üstünlüyünə qarşı yeni bir rəqib kimi ortaya çıxıb.
Türkiyə Ukrayna müharibəsində də aktiv rol oynayır. Ankara məşhur “Bayraktar”ını Kiyevə hədiyyə etməkdən heç vaxt çəkinməyib.
Tənqidçilərin bütün ehtimallarına qarşı çıxan “Bayraktar “Ukraynanın Rusiyaya qarşı mübarizəsində ən yaxşı PUA hesab edilir. Rusiya 30-dan çox “Bayraktar” vurduğunu iddia etsə də, bunları sübut edə bilməyib. Rusiya Zelenskiyə nifrət etdiyi kimi “Bayraktar”a da nifrət edir.
Türkiyə bununla fəxr edir, çünki onlar PUA bazarının ən yaxşılarına qarşı çıxırlar və bu, Ankaranın “Bayraktar” üçün bir çox ölkə ilə imzaladığı inkişaf edən müdafiə müqavilələrində öz əksini tapıb.
Moskva “Bayraktar”lara qarşı müxtəlif silahlar təqdim edib. Ancaq onların heç biri hələ işə yaramayıb. Bu dəfə Rusiya Ukraynada davam edən hücumunda yeni təkmil silah sistemindən istifadə etdiyini iddia edir: PUA əleyhinə elektromaqnit silah.
“Stupor” kimi tanınan silahın Rusiya Müdafiə Nazirliyinin Baş Robototexnika Tədqiqat və Test Mərkəzi tərəfindən qabaqcıl elektromaqnit silahlarla hazırlandığı iddia olunur.
“Siz bir düyməni basdığınız zaman “Stupor” operatorun siqnalını sıradan çıxarır. Bundan sonra PUA zərərsizləşdirilir və təyin olunmuş əraziyə enməyə məcbur edilir. Bu cür portativ anti-dron silahlarına ehtiyac var, çünki Ukrayna qoşunları çoxlu sayda PUA və müxtəlif kiçik kvadrakopterlərdən istifadə edir”, - deyə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.
Şərqi Avropada müharibə davam edir, ancaq türk istehsalı olan “Bayraktar”ın zərbələri rusların ağlından heç vaxt çıxmır. Azad edilən İlan adasında Rusiya müdafiəsinə təkrarən endirilən zərbələr çox məşhurlaşıb.
Dəyanət Ağalarlı
Ordu.az