Pakistan Çindən J-10 qırıcı təyyarələri alır

2022/01/pakis-1641360595.jpg
Oxunub: 6763     18:28     05 Yanvar 2022    
Pakistan Çindən J-10C “Firebird” döyüş təyyarələri almağa qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan Daxili İşlər naziri Şeyx Rəşid məlumat yayıb.

Çindən alınacaq ilk döyüş təyyarələrinin 2022-ci ilin martında xidmətə girəcəyi gözlənilir.

Çin istehsalı olan 25 ədəd J-10-un martın 23-də Pakistan Milli Günü çərçivəsində uçması planlaşdırılır. Daxili İşlər naziri, həmçinin J-10 döyüş təyyarələrinin Hindistanın “Rafale” almasına birbaşa cavab olduğunu bildirib.

Heç bir rəsmi orqan tərəfindən təsdiqlənməsə də, Pakistan mənbələri 2 eskadrilyada ümumilikdə 36 J-10C döyüş təyyarəsinin alınacağını təxmin edir.

J-10C-lar Pakistan Hərbi Hava Qüvvələrinin ehtiyatlarında olan JF-17 və F-16 təyyarələrini dəstəkləyəcək. JF-17 və köhnəlmiş F-16-ların faydalı yük daşıma qabiliyyətinin aşağı olması səbəbindən Pakistan Hərbi Hava Qüvvələri daha yüksək tutumlu təyyarələr istəyirdi.

Əvvəlki J-10 variantlarından fərqli olaraq, J-10C döyüş təyyarələri AESA radarına və daha təkmil silahlara malikdir. PL-10 IIR idarə olunan raketi ilə Pakistan ilk dəfə HOB (High Off Boresight) qabiliyyətli “hava-hava” raketinə sahib olacaq. PL-15 uzun mənzilli “hava-hava” raketi ilə “Rafale”lerdəki “Meteor” uzun mənzilli “hava-hava” raketlərinə cavab verə biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Çin  


Bizi "telegram"da izləyin