Tehran ABŞ-ın Qarabağ məsələsindəki aktivliyinə qarşıdır: Moskvadan özünəməxsus sakitlik

2018/08/1198323_1531395597_1533819516.jpg
Oxunub: 3303     14:11     06 Oktyabr 2021    
İran Xarici İşlər naziri Tehranda Ermənistan Xarici İşlər naziri ilə baş tutmuş görüşdən sonra bildirib ki, regional məsələlər xarici müdaxilə olmadan həll edilməlidir. İran tərəfinin təxribatçı bəyanatları regionun problemlərinin həllinə müdaxilə edənin əslində özü olduğuna işarədir.

İran artıq neçə gündür hərbi təlimlərə paralel olaraq “sionist rejim” sözlərindən istifadə edən İran, heç bir fakta malik olmadan əsassız ittihamlar irəli sürür. Ötən gün Prezident İlham Əliyev də buna cavab verərək deyib ki, bu, əsassız ittihamdır, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə İsrailin var olduğu və İrana təhlükə yaranması ilə bağlı heç bir sübut yoxdur.

İran tərəfinin “sübutlar”ı varmı, bunları Bakıya təqdim edəcəkmi, yoxsa İsrail İran üçün, belə desək, “ənənəvi” problemdir, əsas problem isə regional məsələlər, xüsusən də Ermənistan-Azərbaycan münaqişəsi, bu istiqamətdə açıq-aşkar aktivlik nümayiş etdirən Birləşmiş Ştatlardır?

Əlbəttə, bu gün Birləşmiş Ştatlar müxtəlif diplomatik səviyyələrdə bəyanatlar, habelə konkret addımlar səviyyəsində kifayət qədər aktivdir. Xüsusən, Nyu-Yorkda Minsk qrupunun həmsədrləri və Azərbaycanla Ermənistan Xarici İşlər nazirlərinin görüşündən sonra ABŞ Dövlət Departamentinin və Təhlükəsizlik Şurasının yüksək dərəcəli rəsmiləri həmsədrlərlə görüşmüşdülər və gələcək addımları müzakirə etmişdilər.

İstisna edilmir ki, bu hal İranı narahat edir və dərinlik baxımından İranın mesajları buna yönəlib. Burada başqa bir sual var ki, məgər Rusiya İranla dolayı tərəfdaşdır, yoxsa İran həm də ona görə narahatdır ki, Rusiya İranla əməkdaşlıq etməkdənsə, Vaşinqtonun aktivliyindən tam şəkildə məmnun olmasa belə, ABŞ-la oynamağa daha çox meyillidir.

Bütün hallarda diqqətəlayiqdir ki, Moskva Bakı-Tehran gərginliyinə və artım tendensiyalarına kifayət qədər sakit yanaşır. Əlbəttə, Nyu-Yorkda Türkiyə və İran Xarici İşlər nazirlərinin görüşü baş tutub və Tehranda Bakı-Ankara-Tehran üçtərəfli nazir görüşü barədə razılıq əldə olunub, Lavrovla İran Xarici İşlər nazirinin Moskva görüşü var, lakin bəyanatlar səviyyəsində Moskva kifayət qədər sakitdir.

Əlbəttə, bu, birmənalı sübut deyil ki, onlar İranla daha çox oynayırlar, lakin bəlkə də İranın məum fəaliyyətlərinə də tam şəkildə qarşı deyillər, çünki bu şəkildə Birləşmiş Ştatlar üçün öz “qiymət”lərini qaldıracaqlar.

Asif Cəfərov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tehran   ABŞ   Qarabağ  

Tehran ABŞ-ın Qarabağ məsələsindəki aktivliyinə qarşıdır: Moskvadan özünəməxsus sakitlik

2018/08/1198323_1531395597_1533819516.jpg
Oxunub: 3304     14:11     06 Oktyabr 2021    

Bizi "telegram"da izləyin