ABŞ təhlükəsizlik funksiyalarını Türkiyəyə təhvil verərək Əfqanıstandan çəkilir. Türkiyə Kabil hava limanına nəzarət edəcək və bunun üçün artıq ABŞ-dan logistik dəstək təmin etməyi xahiş edib. Bu o deməkdir ki, Türkiyə Orta Asiya ambisiyası baxımından ABŞ-ın məsləhəti ilə bu rolu üzərinə götürür.
Qafqaz Ankara üçün yalnız məqsəd yox, həm də Orta Asiya ərazilərinə doğru bir yoldur. ABŞ yolu açır, bir tərəfdən də Ankaranın üzərinə elə yük qoyur ki, onu təkbaşına həyata keçirmək iqtidarında olmasın. Birləşmiş Ştatlar bununla bəlkə də özünün yeni rolu çərçivəsində Türkiyəni idarəolunanlıq, nəzarətolunanlıq sahəsində saxlamağa çalışır.
Ankaranın Orta Asiyada olması Çin və Rusiya üçün ciddi problem olacaq. Bu problem artıq özünü büruzə verir, ABŞ-ın uzaqlaşması ilə Əfqanıstanda vəziyyət qeyri-sabit olur ki, bu da Orta Asiyanın keçmiş Sovet respublikalarının, başqa cür desək, KTMT zonasının, habelə İran və Çinin sərhədlərinə əlavə risklər yaradır.
Üstəlik, Türkiyənin hələlik Kabil hava limanının patrul xidmətini üzərinə götürməsi diqqətçəkicidir. Böyük ehtimalla Türkiyənin yeni rolu həm Çin, həm Hindistan və İran, həm də artıq bu xətt üzərində yerləşən Rusiya üçün onunla razılığa gəlmək rəqabətini ağırlaşdıracaq. Burada Çinin şansı və ya uyğur başağrısını almamaq motivi, yaxud Ankaraya cazibədar təklif etmək resursları kifayət qədər böyükdür.
Beləliklə, Türkiyə Amerika-Çin orijinal buferinə çevrilə, həm Vaşinqton, həm də Pekin üçün məqbul, Rusiya və İran üçün ən ciddi problemə çevrilə bilər.
Belə mühüm geosiyası vəzifənin Türkiyəyə tapşırılması da diqqət çəkicidir. Türkiyə islam dünyasında böyük nüfuza malikdir. NATO-nun üzvü olsa da, Əfqanıstanda həm hökumət qüvvələri, həm də “Taliban” qiyamçıları tərəfindən etiraz olunmayan qüvvədir. Rəsmi Ankara artıq Əfqanıstanda bu vəzifəni icra etməyə hazır olduğunu bildirib.
Türkiyənin Qafqazdan sonra Orta Asiyada güclənməsi Ermənistanda narahatlıqla qarşılanır. İrəvanda düşünürlər ki, bu perspektiv Ermənistan üçün həm Vaşinqton, həm də Pekinlə sıx fəaliyyət və münasibətlərin həyata keçirilməsi zərurətini ağırlaşdırır, çünki İrəvan yalnız rus təsir zonası və “baza”sı olaraq qalsa, “bufer” ssenarisinin həyata keçirilməsi halında Ermənistan üçün kifayət qədər ciddi risklər olacaq.
Firuz Bağırov
Ordu.az