Türkiyə-Azərbaycan-Ukrayna yeni geostrateji oxu yaranır - ANALİZ

2021/02/6665-1612264996.jpg
Oxunub: 9514     15:13     02 Fevral 2021    
Cənub-Şərqi Avropada yeni ittifaq yaranır, ona Türkiyə və Azərbaycan rəhbərlik edir.

Azərbaycanın Ermənistana qarşı döyüş sahəsindəki qələbəsi, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş yeddi bölgəni və mühüm mədəniyyət mərkəzlərindən biri hesab olunan Şuşanı işğaldan azad etməsində Türkiyənin diplomatik və “Bayraktar”ların tədarükü ilə hərbi dəstəyinin rolu danılmazdır. Türkiyə, həmçinin Silahlı Qüvvələrimizin NATO standartlarına uyğun şəkildə yetişməsinə yardım edir. Ötən ilin Noyabrın 12-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, ölkəsi Bakının Qarabağ istiqamətində qəbul etdiyi hər hansı addımda ona dətək dəstək verməkdə davam edəcək.

REGİONUN YENİ GÜCÜ - TÜRKİYƏ

Türkiyənin yeni və bu an üçün nəzərdə tutulan geosiyasi ittifaqı 1990-cı illərin sonunda Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı bir araya gətirərək GUAM qrupunu yaratmış keçmiş SSRİ-dəki Qərb yönümlü və ya Qərb meylli dövlətlər arasındakı uzunmüddətli əlaqələr üzərində qurulub. GUAM 2010-cu ildə Ukraynada Rusiyapərəst Prezident Viktor Yanukoviçin seçilməsindən və üç il sonra Gürcüstan Prezidenti Mixail Saakaşvilinin vəzifəsindən ayrılmasından sonra durğunluq yaşadı. GUAM Demokratiya və İqtisadi İnkişaf Təşkilatı adını dəyişdirərək Ukraynanın 2013-14 Avromaydan hadisələrindən sonra fəaliyyətini bərpa etdi. Maraqlıdır ki, Azərbaycan işğal altındakı ərazilərinin çox hissəsini geri aldığı ildə GUAM-a sədrlik edirdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qərblə münasibətlərində problemlər olması və Aİ, NATO və ABŞ-ı tənqid etməsi səbəbiylə onun “rusiyapərəst” olması düşünülür. Ancaq bu belə deyil. Ərdoğan müasir Türkiyənin qurucusu Atatürkə sədaqəti ilə seçilən, türkdilli Krım tatarlarına və türkdilli Azərbaycana daha çox dəstək verən sələflərindən daha çox pan-türk milliyyətçisidir.

Türkiyə 2015-ci ilin noyabr ayında Rusiya ordusuna məxsus Su-24 qırıcı təyyarəsini Türkiyə hava məkanında vurdu və bu, rusların türk ticarəti və turizmini boykot etməsinə səbəb oldu. Hər iki ölkə gərgin münasibətlərini düzəltsələr də, Türkiyə və Rusiya Suriya, Yəmən və Liviyada qarşı tərəfləri dəstəkləyirlər.

Suriya və Cənubi Qafqazda keçmişdə münasibətləri gərgin olan İsrail və Türkiyə geosiyasi müttəfiqdirlər. Suriyada ikisi də Bəşər Əsəd rejiminin İran və Rusiya ilə ittifaqına qarşı çıxır. Əsədin sünni müsəlmanlara qarşı kampaniyası və Kürd muxtariyyətinə razı olması Ərdoğanın Suriyaya müdaxiləsini stimullaşdıran əlavə amillərdir.

İsrail Cənubi Qafqazda Azərbaycanı Ermənistanı və Rusiyanı dəstəkləyən İrana qarşı əks-qüvvə kimi görür. İsrail Azərbaycana və Gürcüstana silah tədarük edib. İsrail Azərbaycana Ermənistanı məğlub etməsində mühüm və həlledici rol oynayan PUA-lar satıb. Artıq Azərbaycan İranla sərhədlərinin hamısını nəzarətə götürüb. Azərbaycan İsrailin “Barak-8” uzun mənzilli “yer-hava”, “LORA” taktiki ballistik raket sistemlərini alıb.

TÜRKİYƏ–AZƏRBAYCAN STRATEJİ TƏRƏFDAŞLIĞI

Azərbaycanın enerji nəhəngi olmasına və daha böyük Orta Şərq və Avrasiyanın coğrafi-strateji bölgəsində yerləşməsinə baxmayaraq, on illərdir Qərbin düzgün dəyərləndirmədiyi ölkədir. Azərbaycan Türkiyə, İsrail və Avropa üçün mühüm və yeni inkişaf edən bir enerji tədarükçüsüdür və bu səbəbdən Rusiyanın Aİ-yə enerji tədarükü inhisarını azaltmaqda ABŞ-ın müttəfiqi hesab olunur. Azərbaycan həm də Əfqanıstandakı qüvvələrə tədarük dəhlizi olaraq ABŞ üçün vacib bir ölkədir.

Bunun əksinə olaraq, Ermənistan 1994-cü ildən etibarən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qurucu üzvü olduğu dövrdən Rusiyanın müttəfiqi olub. Ermənistan 2013-cü ildə Aİ-nin Şərq Tərəfdaşlığı Assosiasiyası Sazişindən çıxdı və iki il sonra Avrasiya İqtisadi Birliyinə çevrilən MDB Gömrük İttifaqına qoşuldu.

Bu ilki 44 günlük Azərbaycan-Ermənistan müharibəsində KTMT özünü “kağız pələngi” kimi göstərdi. Ermənistanın Azərbaycana qarşı təkəbbürünün və İrəvanın Dağlıq Qarabağı ilhaq etməsinin vacib bir səbəbi müharibə vəziyyətində Rusiyanın və ya Rusiyanın rəhbərliyindəki KTMT-nin köməyinə çatacağı barədə yalan fərziyyə idi. Bu belə olmadı, Rusiya Dövlət Başçısı Vladimir Putin açıq şəkildə bildirdi ki, Azərbaycan Ermənistanın suveren ərazilərinə hücum etmədiyinə görə, Rusiya nə öz milli qüvvələrini, nə də KTMT-ni aktivləşdirməyəcək. Bu, KTMT-nin Ermənistana işğal olunmuş Azərbaycan ərazilərinin müdafiəsində kömək etməsini istisna etdi.

Türkiyə və Azərbaycan “Krım tatarları ilə Türkiyənin münasibətlərinə bənzər bir şəkildə” “İki Dövlət, Bir Millət kimi təsvir olunan etnik və dil əlaqələri olan dövlətlərdir. Krım Xanlığı, 1783-cü ildə Rusiyanın yarımadanı işğal etməsindən əvvəl altı əsr ərzində Osmanlı İmperiyası daxilində muxtar bir qurum kimi mövcud olub. 19 və 20-ci əsrlərdə milyonlarla Krım tatarları Rusiya və Sovet zülmündən Osmanlı İmperiyasına və Türkiyəyə qaçıb. Krımda yaşayan qalan tatarların yarısı 1944-cü ildə Sovet diktatoru İosif Stalin tərəfindən etnik təmizləməyə məruz qalıb. Rusiyanın Krımı 2014-cü ildə ilhaq etməsindən sonra ən az 20.000 Krım tatarı Ukraynaya qaçıb və yüzlərlə adam həbs edilib.

Təxminən 6 milyon Krım tatarının olduğu Türkiyədə dillərinə, mədəniyyətlərinə və tarixlərinə yaxın olduqlarına görə onlara “Krım Türkləri” deyilir. Bu böyük Krım tatar azlığı Türkiyədə səsli, aktiv və nüfuzludur və indi sözlərini əməllə dəstəkləyən bir Türkiyə prezidentinə sahibdir, amma Krımın gələcəyi ilə bağlı Türkiyənin mövqeyinin Ukrayna ilə tamamilə üst-üstə düşdüyünü görmək lazımdır.

TÜRKİYƏ – AZƏRBAYCANIN ENERJİ İTTİFAQI

Türkiyə Azərbaycanın əsas qaz tədarükçüsü olmasına razı oldu. Bu addımın bütün Cənubi Qafqaz, Qara dəniz və Cənubi-Qərbi Avropa bölgəsi üçün böyük geosiyasi təsirləri var. Yəqin ki, Ermənistan-Azərbaycan müharibəsinin başlamasından beş ay əvvəl Azərbaycanın Türkiyənin yeganə qaz tədarükçüsü olması təsadüfi deyil.

Türkiyə Azərbaycanın “Şahdəniz II” yatağını Avropa bazarına bağlayan Cənub Qaz Dəhlizindəki üç boru kəmərindən biri olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri üçün həyati regional mərkəzdir. Türkiyə-Azərbaycan strateji ittifaqı ilk növbədə Rusiyadan böyük ölçüdə müstəqil regional enerji mərkəzi kimi görülür, ikincisi isə ilk dəfə Avropaya böyük qaz ixracatçısı olma imkanı verir. Bundan əlavə, İsrailin idxal etdiyi neftin 40% -i Azərbaycandan gəlir.

TÜRK-UKRAYNA OXU

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna və Azərbaycanı da əhatə edən yeni strateji yenidənqurmanın qütb nöqtələrində dayanan NATO üzvü Polşa və Türkiyəyə iki strateji səfər etdi. Ukrayna və Azərbaycan Rusiyanın Qərbdən müstəsna təsir sahəsi kimi tanımasını tələb etdiyi mübahisəli bir bölgədə uzun müddətdir ki, NATO tərəfdarı və qərbyönümlü keçmiş Sovet dövlətləridir.

Zelenski ilə ortaq bir mətbuat konfransında Ərdoğan bildirdi ki, Türkiyə Ukraynanı bölgədə sabitlik, sülh və firavanlığı təmin edən əsas ölkə olaraq görür.

“Bu çərçivədə Krım da daxil olmaqla Ukraynanın suverenliyini və ərazi bütövlüyünü hər zaman dəstəkləmişik və dəstəkləyəcəyik. Türkiyə Krımın ilhaqını tanımadı və tanımayacaq”, - deyə o qeyd edib.

Ərdoğan Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başlamasından üç həftə sonra Rusiyanın Krımı ilhaq etməsini Türkiyənin tanımamasını yenidən təsdiqlədi.

2018-ci ilin noyabr ayında Azov dənizində dəniz quldurluğundan sonra Türkiyə və Ukrayna Qara dəniz təhlükəsizliyində ortaq maraqları inkişaf etdirdilər. Türkiyə ABŞ və Britaniya ilə yanaşı Ukrayna donanmasının yenidən qurulmasını dəstəkləyir. Pakistanın ardınca Ukrayna Türkiyədən “MILGEM” sinfinə məxsus korvetlər satın alıb.
Azərbaycanın ərazi bütövlüyünə dəstəyi xatırladan Ərdoğan və Zelenskinin Ankarada yayımladığı ortaq bəyanatda, Türkiyənin Krım və Donbasın “işğaldan azad edilməsi” istiqamətindəki addımlarını dəstəkləməyə davam edəcəyi bildirildi. Birgə bəyanat Rusiyanın əlində olan Krım tatar və ukraynalı məhbusların vəziyyətini və Krımda insan haqlarının birgə qorunmasını gündəmə gətirdi.

Ərdoğan Ukraynanın NATO-ya üzvlüyünə dəstək verdi. Xarici İşlər və Müdafiə nazirlərinin Krım Platforması və Quadriga “2 + 2” formulu ilə Türkiyə-Ukrayna təhlükəsizlik əməkdaşlığı genişləndiriləcək. Ukrayna və Türkiyə bir sıra hərbi məhsullar istehsalı etməkdə əməkdaşlıq edirlər. Məsələn Türkiyənin “Akıncı” pilotsuz uçuş aparatları Ukraynanın “Ivchenko-Progress” turboprop mühərrikləri ilə təchiz edilib. Ukrayna Türkiyədən Suriya və Qarabağda yüksək müvəffəqiyyətlə istifadə edilən “Bayraktar TB-2” PUA-ları alıb. Bunlardan bəziləri Ukraynanın şərqindəki Donbas müharibə zonasında yerləşdiriləcək.

Zelenskinin Konstantinopoius I Bartolomey ilə də bir görüş keçirməsi diqqət çəkir. Rus Pravoslav Kilsəsinin Ukrayna üzərində nəzarətini “qeyri-qanuni” elan edildikdən sonra 2018-19-cu illərdə Türkiyə Pravoslav Kilsəsi Patriarxı Ukraynanın Pravoslav Kilsəsinə dəstək verdi. Ukraynadakı kilsələrin 40%-ni itirməsi Putin üçün böyük geosiyasi və yumşaq güc məğlubiyyəti idi və Rusiya Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı. Rus Pravoslav Kiləsəsi artıq 14 Pravoslav Kilsəsinin ən böyüyü deyil və azaldılmış 16.000 kilsə ilə indi Rumıniya Pravoslav Kilsəsinə bənzəyir.

ABŞ Prezidenti Donald Trampın təcridetmə siyasəti nəticəsində Türkiyə Cənubi Qafqazdakı geosiyasi yükünü artırdı və Rusiyanın özünün müstəsna sahəsi kimi tələb etdiyi ərazidə təsir gücünə malik oldu. Türkiyənin Azərbaycana hərtərəfli dəstəyi Ermənistanı məğlub etməkdə və KTMT-ni “kağız pələngi” kimi göstərməkdə həlledici oldu.

GUAM regional qrupu üzərində qurulan Türkiyənin geosiyasi ambisiyaları nəticəsində Rusiya enerjisini Avropaya çatdırmaqda olan Azərbaycana təzyiq edə bilər. Azərbaycan-Türkiyə müttəfiqliyi əhəmiyyətli dözümlülük sınağından keçərkən, Türkiyənin Ukrayna ilə yeni bir strateji ittifaq qurulmaqdadır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Ukrayna   Türkiyə  

Türkiyə-Azərbaycan-Ukrayna yeni geostrateji oxu yaranır - ANALİZ

2021/02/6665-1612264996.jpg
Oxunub: 9515     15:13     02 Fevral 2021    