Dron müharibələrində inqilab: PUA-lardan istifadənin əməliyyat üstünlükləri və məhdudiyyətləri - 24 NƏTİCƏ (V YAZI)

2021/01/1-1610968589.jpg
Oxunub: 4420     16:27     18 Yanvar 2021    
(V yazı. IV yazını BURADAN oxuya bilərsiniz)

Türkiyə və Rusiya XXI əsrin yeni müharibə növü olan PUA müharibələrindən necə istifadə edəcəklərini öyrənirlər. Bu, bir çox tarixi bənzətmə ilə yeni silah növlərinin meydana çıxması və onların birbaşa qarşıdurmada istifadəsi üçün həyata keçirilən strategiyalarla əlaqələndirilə bilər. PUA-lar Soyuq Müharibədən bəri mövcuddur, lakin 1990-cı illərdə az ölkələrdə birinci nəsil PUA texnologiyaları mövcud idi. Rusiya və Türkiyə hərbi PUA texnologiya klubuna nisbətən gec qoşuldular və hər ikisi də öz yerli pilotsuz uçuş aparatlarını yaratmağı qarşısına məqsəd qoydular. Rusiya ilk hədəfi reallaşdırdı, ancaq Türkiyə tezliklə öz döyüş PUA-larını istehsal etməyi bacardı.

Suriya Ordusunun Türkiyənin dəstəklədiyi İdlibdə yerləşən qüvvələrə hücumu səbəbindən 2020-ci ilin əvvəlləri Rusiya və Türkiyənin birbaşa kinetik müharibəsinin şahidi oldu. Bu uğur Türkiyəni Suriya Ordusuna qarşı müharibəyə başlamağa məcbur etdi və 27 Fevral - 5 Mart 2020-ci il tarixlərində İdlib vilayətində aktiv bir döyüş əməliyyatı başladı.

Rusiya və Türkiyə bu qarşıdurmada PUA və elektromaqnit spektr (EMS) müharibə texnologiyalarından istifadə etdi, ancaq nə Rusiya, nə Türkiyə, ya da bu mövzuda digər ölkələrin bu texnologiyaları rəqibə qarşı birbaşa qarşıdurmada tətbiq etmək təcrübəsi yox idi. Bu, həqiqətən dünyanın hər yerindəki hərbi kitabçalara və dərsliklərə əlavə ediləcək qarşıdurma idi.

Bu geniş miqyaslı hərbi əməliyyatlardakı PUA-lar sadəcə bir kəşfiyyat, nəzarət və müşahidə (ISR) elementi deyil, üç ölkənin əməliyyat strategiyasına tam inteqrasiya olunmuş döyüş vasitələri idi: Suriya, Rusiya və Türkiyə. İdlibdə Rusiya və Suriya müasir döyüşlərdə PUA-ların nə qədər əhəmiyyətli olduğunu öyrəndilər.

PUA-lardan istifadənin əməliyyat üstünlükləri və məhdudiyyətləri

Müasir döyüşlərdə pilotsuz aparatların əməliyyat üstünlükləri nələrdir? “Bahar Qalxanı” əməliyyatından əldə edilən dərslər kiçik və orta ölçülü döyüş PUA-larının taktiki döyüş sahəsindəki son dərəcə təsirli vasitə olduğunu göstərdi, lakin bəzi məhdudiyyətləri də var idi.

Bu üstünlüklər və məhdudiyyətlər aşağıdakılardır:

1. PUA-lar rəqəmsal və anında döyüş sahəsi haqqında ən çox lazım olan və qiymətli əməliyyat məlumatlarını təqdim edə bilirlər. Göylərdə, yüksək görüntüləmə qabiliyyətinə malik optiklər, məlumat əlaqələri, radarlarla döyüş sahəsindəki gözlərdir. PUA-nın üstünlüyü hədəf üzərində yüksək hündürlükdə, saatlarla, hətta günlərlə, bəzən hətta həftələrlə aramsız olaraq seyr etmək qabiliyyətidir. Uzaq və əlçatmaz ərazilərdə PUA-lar düşmənə görünmədən kəşfiyyat, müşahidə və nəzarət həyata keçirmək üçün kifayət qədər təsirli vasitədir. PUA-nın çatışmazlıqlarından biri hava şəraitindən çox asılı olmasıdır. Yəməndə bir uşağın dediyi kimi, bütün uşaqlar mavi göydən qorxurlar, çünki məhz bu zaman PUA-lar ortaya çıxır.

2. Dərin arxa cəbhədə düşmənə və ya onun infrastrukturuna zərbə vurmaq və ənənəvi kəşfiyyat, müşahidə və nəzarət missiyası ilə əlavə olaraq strateji əhəmiyyətə malik bəzi əməliyyatların qarşısını almaq.

3. Türk və Rusiya təcrübələri göstərdi ki, PUA-larla ağır artilleriya və hava qüvvələrinin koordinasiyalı işləməsi bombardmanları yüksək dəqiqliklə təmin edə bilir.

4. Qiymət PUA-ları gələcək müharibə üçün cəlbedici edən əhəmiyyətli bir elementdir. Bu səbəbdən lider ölkələrin hökumətləri PUA istehsalını və inkişafını artırmağı düşünməlidirlər. Bu cür sistemlər ucuz və asanlıqla istehsal olunmalıdır. Çox güman ki, yaxın gələcəkdə quru, hava və dəniz kimi bütün növ ordular üçün çox sayda hərbi PUA istehsalına şahid olacağıq. Suriyadakı hadisələr göstərir ki, vurulan PUA-ların, xüsusən daha bahalı döyüş PUA-larının dəyişdirilməsinin qiyməti müdafiə büdcəsinə yük ola bilər. Bu cür xərcləri minimuma endirmək üçün Türkiyə sürü taktikası üçün ideal olan “Kargu” kamikadze PUA-larını təqdim edir. Bu PUA-lar ucuzdur və düşmənin əks tədbirlərindən yayınmaq mümkün olduqda hər hansı bir hərbi hissə üçün ciddi təhlükə yaradır.

5. “China Military Online”dan olan çinli mütəxəssislər 1 mart tarixində Suriya ordusunun atdığı addımın gələcək müharibələr üçün maraqlı bir dərs olduğunu bildirdilər. Belə ki, həmin tarixdə Suriya ordusu İdlib hava sahəsini bağladı və xəbərdarlıq etdi ki, havada görünən bütün hədəflər düşmən hədəf olaraq qiymətləndiriləcək və vurulacaq. Bu xəbərdarlıq aşkar edildikdən sonra məhv edilmənin döyüş sahəsindəki bir norma halına gəldiyini göstərir və bu da gələcəkdəki PUA mühribələrində diqqət edilməli bir məqamdır. Onu da qeyd etmək lazımdır ki, Suriyanın döyüş meydanında yalnız suveren dövlətlər deyil, eyni zamanda zorakı ekstremist təşkilatlar da bu qabiliyyətə sahibdirlər.

6. “Bahar Qalxanı” əməliyyatı göstərdi ki, A2/AD mühitində (A2/AD dedikdə bir dövlətin düşmən ölkənin qüvvələrinin öz ərazisinə girməsinə mane olmaq (A2, antiaccess) və düşmən ölkə qüvvələrinin öz ərazisində sərbəst fəaliyyət göstərməsinin qarşısını almaq və döyüş gücünü artırmasına mane olmaq (AD, area denial) üçün hazırladığı strategiya və kompleks nəzərdə tutulur - red.) PUA-lar hərbi və siyasi hədəfləri yerinə yetirmək üçün ən təsirli vasitədir. Türkiyə PUA-ları hərbi və siyasi nəticələrə yol vermədən F-16-ların çata bilmədiyi hədəflərə çata bildi.

7. PUA-lar şəbəkə mərkəzli müharibənin ayrılmaz hissəsi kimi xidmət edir. Faktiki olaraq, pilotsuz uçuş aparatları bu doktrinanı işlək vəziyyətə gətirdi, çünki belə sistemlər situativ məlumatlandırmağa, hədəflərin sürətli qiymətləndirilməsinə və silahların bölüşdürülməsin təyinatına imkan yaradırdı. İndi Türkiyə və Rusiya bu yeni hərbi gerçəkliyi öyrəndilər. Türkiyə xüsusilə PUA və robotların (hazırlanmaqdadır) bu doktrinaya inteqrasiyası üzərində işləyir.

8. PUA-ların sürü halında istifadə edilməsi taktikası düşmənin havadan müdafiə sistemlərini aşkar etməyə və məhv etməyə imkan verir.

9. Hər hansı bir ölkənin HHM və REM qüvvələri üçün İdlibdən sonra antidron taktikası və texnikasının inkişaf etdirilməsi lazım olduğu aydın oldu. Antidron sistemləri daha inkişaf etmiş və təsirli olmalıdır. Suriya və Liviyadan gələn məlumatlar köhnə HHM sistemləri və REM vasitələrinin dronları məhv edə biləcəyini, ancaq bunun çox çətinliklə olduğunu göstərir.

10. İdlibdə əhəmiyyətini göstərən texniki cəhət əla keyfiyyətli kamera ilə radioelektron avadanlıq və ya PUA-nın döyüş xüsusiyyətlərinə diqqət yetirmək arasında seçim idi. PUA-nın yükü məhduddur, bu səbəbdən dizaynerlər və hərbi liderlər nəyin prioritet olacağını diqqətlə qiymətləndirməlidirlər.

11. “Pantsir” sistemlərinin vəziyyəti göstərir ki, son zamanlarda inkişaf etdirilmiş əks (kontr) texnologiyaların da PUA əməliyyatlarına nəzarət etmək üçün hazırlıqları olduqca pisdir. Rus mütəxəssislər sistemin texniki və proqram təminatının aşağı sürətli hədəfləri aşkar etmədiyini qəbul edirlər. Onlar “Pantsir” sisteminin təkmilləşdirilməsindən sonra müxtəlif növ PUA-ları məhv edə biləcəyinə ümid edirlər. Bununla birlikdə, Türkiyə PUA-ları ilə Rusiyanın “Pantsir” sistemi arasındakı rəqabətdə uğur qazanması təkcə vurulan sistemlərin sayında deyil, həmçinin qiymətindədir. “Bayraktar”ın qiyməti təxminən 2,5 milyon ABŞ dollarıdır, “Pantsir”in qiyməti isə 14 milyon ABŞ dollardır. Türkiyənin 19 “Bayraktar”ı vurulub, bu təxminən 47,5 milyon ABŞ dollarına başa gələcək. Bununla birlikdə, Rusiyanın səkkiz “Pantsir” sistemi məhv edilib, bu isə təxminən 112 milyon ABŞ dolları qiymətindədir. Tanklar və qoşunlar da daxil olmaqla, pilotsuz aparatların hücumlarında məhv edilən digər hədəflər də əlavə olunsa, maliyyət nisbəti əhəmiyyətli dərəcədə artar.

12. PUA-ların istehsal nisbətləri artmalıdır. Bir ay ərzində Türkiyə bir neçə PUA-sını itirdi və bu kimi itkiləri kompensasiya etmək üçün istənilən ölkə PUA-ların effektiv istehsalına qarşı döyüş itkilərinə dair bir alqoritm inkişaf etdirməlidir.

13. İstehsaçılar PUA-ların keyfiyyətini, manevr qabiliyyətini, sürətini, gizliliyini və HHM sistemlərindən aktiv və ya passiv müdafiəni yaxşılaşdırmalıdır.

14. PUA-lar ən yüksək səviyyəli siyasətçilərin və generalların real vaxtda xüsusi hədəfə qarşı hücum qərarlarında iştirakına imkan verir. Əlavə olaraq, PUA-lar diqqətli müşahidə, kəşfiyyat və nəzarət apara bilər və hədəfləri dərhal müvafiq qərar qəbul edənlərin kollektiv razılığı ilə məhv edə bilər. Zərbə PUA-larının yaranmasından əvvəl bu ən ciddi zəiflik idi. Ən məşhur hadisə 2000-ci ildə ABŞ-ın “Predator” PUA-sının Əfqanıstanda Usama bin Ladeni görməsi, lakin hücum edə bilməməsi ilə baş verdi. Bu, PUA-ların silahlanmasının güclənməsinin əsas səbəblərindən biri idi.

15. PUA-ların snayper funksiyası operatorlara siyasi və ya hərbi əhəmiyyətə malik olan müəyyən bir şəxsi və ya bir qrupu aşkar etməyə, izləməyə və məhv etməyə imkan verən unikal bir elementdir.

16. Rusiya və Türkiyə peyklər üzərində suverenlik məsələsini gündəmə gətirdilər. Moskva öz GLONASS peyk naviqasiya sisteminə sahib olduğu üçün Rusiyaya yalnız sistemi bu yeni döyüş növünə ağıllıca inteqrasiya etmək lazım idi. Türkiyə xarici peyk naviqasiya sistemlərindən asılılığını çox yaxşı anlayır. Ankara Daxili Sensor Füzyonu ilə bir naviqasiya xüsusiyyətini inkişaf etdirərək alternativ bir istiqamətə getməyi planlaşdırır və GPS-dən asılılığı tamamilə azaldacağı ehtimal edilir.

17. PUA-lar nəhəng ərazilərdə davamlı olaraq keşik çəkməyə imkan verir, bu da yenidən qruplaşma, geri çəkilmə, əks hücum və ya möhkəmləndirmə proseslərini çətinləşdirir. Beləliklə, pilotsuz uçuş aparatları real vaxtda müharibənin ani rəqəmsal mənzərəsini təqdim edir. Generallar müharibəni video oyunlarına bənzər bir şəkildə görə bilər, qərargahlarını tərk etmədən və ya yerləşdirmədən bütün döyüş sahələrini izləyirlər. Lakin bu, müharibəni asanlaşdırmır; əksinə, onu olduqca mürəkkəbləşdirir. Binadakı generallar strategiyaları taktiki və strateji səviyyələrdə müharibə məqsədlərini və vasitələrini təyin etməkdə daha inkişaf etmiş olmalıdırlar.

18. “Bahar Qalxanı” əməliyyatından alınan dərslər kiçik və orta ölçülü döyüş PUA-larının taktiki döyüş meydanında son dərəcə təsirli bir vasitə olduğunu göstərir. İdlib vilayətinin ərazisi 4,054 km2-dir. Türk komandirləri döyüş təyyarələri əvəzinə PUA-lardan istifadə etməyə qərar verdikləri zaman bunu nəzərə aldılar. Beləliklə, Rusiyanın yaxın gələcəkdə bu cür hücumları kompensasiya etməyə çalışaraq bu həqiqətə bir az ciddi diqqət ayıracağını düşünmək mümkündür.

19. Düşmən növbəti hücumun istiqamətini bilmədiyi zaman psixoloji təsir çox vacibdir, çünki ənənəvi olaraq düşüncə tərzimiz gerçəkliyi bölür və onu kateqoriyalaşdırır. Müharibə vəziyyətində üç əsas bölgə kateqoriyası ola bilər: təhlükəsiz bölgə, müharibə bölgəsi (cəbhə bölgəsi) və düşmən bölgəsi. PUA-dan istifadə zamanı İdlib epizodu əsgərlərin düşüncə tərzinin pozulduğunu mükəmməl şəkildə göstərdi, çünki bundan sonra arxa cəbhələrinə kimi hücum edən PUA-lar olduqca onlar etibarlı bölgələrində də özlərini təhlükəsiz hiss edə bilməzlər.

20. Yuxarıda göstərilən nöqtədən növbəti - fiziki effekt yaranır. PUA-lar döyüş sahəsinin başa düşülməsində inqilab yaratdı. İdlibdəki qarşıdurmadan bəri arxa cəbhənin az-çox sabit olduğu ənənəvi müharibə konsepsiyasının bitdiyini söyləmək mümkündür. Təyyarələr daha sürətli uçur və ümumiyyətlə düşmənin arxasında zərbələr endirir və bazaya qayıdır; lakin PUA-lar düşmənin arxa cəbhəsinə daim nəzarət edə bilir.

21. PUA-ların əsas məhdudiyyəti digər silah sistemlərində olduğu kimi bəşəriyyətin bu inkişaf etmiş silahlara qarşı əks tədbirlər görməsidir. Buna baxmayaraq, yaxın gələcək üçün PUA-lar müəyyən dərəcədə bir müəmma olacaq. Rusiya Suriya və Liviyada öyrəndiklərindən hava hücumundan müdafiə, radioelektron mübarizə taktikaları və PUA-lara qarşı mübarizə sistemləri inkişaf etdirməyə çalışır.

22. Türkiyənin pilotsuz uçuş aparatları ilə bağlı öz texnologiyalarının yaradılmasında əldə etdiyi uğur Ankaranın son bir neçə onillik ərzində bu proqrama yatırdığı nəhəng sərmayələri geri qaytarıb. Şübhəsiz ki, Türkiyənin təcrübəsi digər ölkələrə (məsələn, Polşa) öz hərbi texnologiyalarını inkişaf etdirməli olduqlarına nümunə olacaq. Müharibə vəziyyətində Polşa mütləq PUA, robotlar ilə silahlanmış və süni zəkaya sahib silahlarla gücləndirilmiş bir düşmənlə qarşılaşacaq. Bununla birlikdə, əksər siyasi və hərbi liderlər qədim kateqoriyalar və müharibə üsulları baxımından düşünməyə və planlaşdırmağa davam edirlər.

23. PUA müharibəsi ilə bağlı humanitar və ya mənəvi məsələlər çox əhəmiyyətlidir. Hədəfləri məhv etməkdə PUA-lar unikal vasitədir, lakin bu cür silahların istifadəsi mülki şəxslərin öldürülməsi də daxil olmaqla, ciddi zərərlərlə nəticələnə bilər. Diqqətə yetirilməli bir başqa məqam isə bazada oturan və həqiqi döyüş sahəsinə bağlı olmayan və əməliyyat səhvlərinə potensial meylli olan PUA operatorları ilə bağlıdır.

24. Sonda, PUA-ların ən vacib üstünlüyü siyasətçilər üçün faydalı vasitələr olmasıdır. PUA insanın hər hansı əhəmiyyətli iştirakı olmadan nəzərəçapan maddi bir nəticə əldə edə bilər. Müharibə və siyasət tərifi indiki kimi heç vaxt Klauzevitsin konsepsiyasına yaxın olmayıb (Klauzevits deyirdi ki, müharibə siyasətin başqa yollarla davam etdirilməsidir). Gələcək müharibələrin əsas üstünlüklərindən biri odur ki, PUA-lar müharibələr zamanı insan itkilərini maksimum məhdudlaşdıracaq. Bu üstünlük gələcək müharibələrdə inqilab etmək üçün təkan verəcək.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: PUA   Türkiyə   Rusiya   Bahar-Qalxanı  

Dron müharibələrində inqilab: PUA-lardan istifadənin əməliyyat üstünlükləri və məhdudiyyətləri - 24 NƏTİCƏ (V YAZI)

2021/01/1-1610968589.jpg
Oxunub: 4421     16:27     18 Yanvar 2021    