Sərsəng su anbarı – nə itirmişik, nələri qazana biərik?! – ANALİZ (HƏRBİ EKSPERT)

2020/07/2-308-6374700940.jpg
Oxunub: 16541     11:28     02 İyul 2020    
Dünyada və regionda su təminatının vəziyyətinə baxış

Son zamanlar dünyada bir-birinə zidd problemlər parael olaraq yaşanır. Bir tərəfdən dünya ərazisinin böyük bir hissəsi su altındadır, digər tərəfdən quraqlıq hökm sürür, ayrı-ayrı dövlətlər su qıtlığına görə az qala müharibə həddindədir. Ümumilikdə isə dünyada içməli su qıtlığı mövcuddur. Planetimizin su ehtiyatının 97%-dən çoxu içməyə yararsız şor sulardır. Yer kürəsində şimal və cənubda buzlaqlar, ekvatora yaxınlaşdıqca quraqlıq və səhralar çoxluq təşkil edir. Əhalinin sayı artdıqca suya olan ehtiyac da sürətlə artır. Yalnız son on ildə suya olan tələbat on dəfədən çox artıb. Tələbatını öz suyu ilə ödəyə biləcək ölkələrlə yanaşı, dünyanın qırxa yaxın ölkəsi öz tələbatını ödəyə bilmir. Dünya əhalisinin 1 milyard nəfərdən çoxu təmiz su əldə edə bilmir. İnkişaf etməkdə olan ölkələrin əhalisinin 2,6 milyard nəfəri kanalizasiya sistemindən məhrumdur. İnsanlar su mənbələrindən uzaq yaşayırlar, su ehtiyaclarını kanallar, arxlar, mühafizə olunmayan quyular hesabına ödəyirlər. Belə su mənbələrindən ərazidəki heyvanlar da istifadə edir. Bu sular çox halarda ölümlə nəticələnə biləcək xəstəliklərə səbəb olan zərərli bakteriyalarla çirkli olur. Bir sıra ölkələrdə insanların seçimi yoxdur və çirkli suyu içmək məcburiyyətindədirlər.

BMT-nin hesabatlarına əsasən hazırda planetin hər 10-cu sakini su qıtlığından əziyyət çəkir. 2050-ci ildə əhalinin suya olan tələbatının 70% artacağı proqnozlaşdırılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə isə su mənbələrinin çirklənməsi ucbatından hər il milyonlarla insan dünyasını dəyişir. İçməli su çatışmazlığı səbəbindən milyonlarla insan müxtəlif infeksion xəstəliklərə yoluxur. Mütəxəssislərin rəyinə görə, bir nəfərin sutka ərzində 200 litr su ehtiyacı var. Bu tələbat ödənmirsə, gigiyena barədə danışmağa da dəyməz.

Dünya ekologiya təşkilatlarının verdiyi məlumata görə, 2025-ci ildə dünya əhalisinin 66%-i su problemindən əziyyət çəkəcək.

Hesablamalara görə hazırda planetimizdə 2 və daha artıq dövlətin ərazisindən keçən 261 su hövzəsi var. Bu da potensial müzakirə, bəzən isə mübahisə mövzusudur.

İnsan hər gün təxminən 2 litr su içir. Yer səthinin üçdə iki hissəsi su ilə örtülsə də, bunun yalnız 2,5%-i içməli sudur. İçməli su yer üzərində qeyri-bərabər paylanıb, bəzi ərazilərdə yetərincədir, bəzi yerlərdə isə demək olar ki, yoxdur. Dünya əhalisinin 40%-nin yaşadığı 80 ölkə su çatışmazlığı yaşayır.

Planetin su təchizatı getdikcə pisləşir. Hər il təxminən 6 milyon hektar ərazi səhralığa çevrilir. Suyun keyfiyyəti də pisləşir. Hər il insanlar tərəfindən yeraltı sular götürülür və çox hissəsi maye sənaye tullantıları kimi su obyektlərinə tamamilə nəzarətsiz olaraq axıdılır. Bir çox ölkə üçün turşu yağışları çoxdan qeyri-adi hala çevrilib. Çirklənmə geridönməz prosesə çevrilməyə doğru gedir.

Bir çox ölkələrdə keyfiyyətli su çatışmazlığı hər yerdə hiss olunur, suyun müəyyən hisəsini isə texniki məqsədlər üçün də istifadə etmək mümkün deyil. Çayların təhlükəli tullantılarla çirklənməsi adi hala çevrilib, kanalizasiya təmizləyici qurğular yetərincə deyil.

Su təminatı yetərsiz olan ölkələr arasında Azərbaycan da var. Azərbaycanın içməli və suvarma suyunun 80 faizi xaricdən ‒ Kür və Araz çayları ilə Türkiyədən, Samur çayı vasitəsilə Rusiyadan gəlir. Adambaşına düşən suyun miqdarı Gürcüstanda bizdəkindən 5-7 dəfə, Ermənistanda 2,5-3 dəfə çoxdur. Bu da təbiidir, çünki əhalimiz çoxdur, ərazimiz genişdir, suvarılan torpaqlarımız dəfələrlə artıqdır, sənayemizdə daha çox texniki sudan istifadə edilir. Həmçinin ərazimizin çoxu quraqlıq sahələrin payına düşdüyündən təbii buxarlanma da yüksəkdir.

Suyun miqdarının az olmasından başqa, su ölkə ərazisinə çox çirkli vəziyyətdə daxil olur. Xüsusilə Gürcüstan və Ermənistan ərazisindən daxil olan çayların gətirdiyi sular təhlükəli həddədir.

Çaylar Türkiyə ərazisində təmiz olduğu halda, Gürcüstan və Ermənistan ərazisinə daxil olduqdan sonra həddindən artıq çirklənir. Ermənistan və Gürcüstanın bütün sənaye müəssisələrinin tullantıları, təmizlənməmiş kanalizasiya suları Kür və Araz çaylarına axıdılır. Çirklənmənin miqdarının çoxluğundan çaylar özlərini təbii yolla təmizləyə bilmirlər. Qonşu dövlətlərin ərazisindən çaylara atılan tullantıların miqdarı təhlükəli surətdə artmaqdadır.

Su müharibələri nə deməkdir?

Dünyada müxtəlif zamanlarda müxtəlif dəyərlər üçün müharibələr olub. Müharibəyə səbəb ya onların dəyərli olması, ya onların müxtəlif məqsdlərlə istifadə imkanları, ya da ehtiyac olduğundan az olması olub.

Su qıtlığı dövlətlərarası münasibətləri çox ciddi gərginləşdirir. Mübahisələr münaqişələrə çevrilir və müharibə təhlükəsi yaradır.

Su ehtiyatları üzərində nəzarət getdikcə beynəlxalq münaqişələrin səbəbinə çevrilməkdədir. Mütəxəssislər tərəfindən su hövzələrinin quruması, buzlaqların əriməsi, su obyektlərinin zəhərlənməsi kimi problemlərin olma ehtimalı istisna edilmir. Bunlar da öz növbəsində münaqişələrə səbəb ola bilər.

Su problemi hazırda o qədər ciddidir ki, gələcək müharibələrə belə səbəb ola biləcəyi gözlənilir. Ekspertlərin fikrincə, yanacaq-enerji mübahisələri və münaqişələri başlamazdan əvvəl su müharibələri baş verə bilər. Dünyada artıq su ehtiyatlarının yaratdığı dövlətlərarası gərginlik nöqtələri mövcuddur. Bu münaqişələrin həlli yollarından biri sutəmizləyici zavodların tikintisi ola bilər. Zəngin dövlətlər bunu edə bilsə də, bir sıra inkişaf etməkdə olan dövlətlər üçün bu maddi cəhətdən mümkün deyil.

Son illər dünyada gedən qlobal dəyişikliklər nəticəsində müharibə yarada biləcək dəyərlərdən biri də şirin sudur.

Mütəxəssislərin dəyərləndirməsinə görə, 25 il sonra insanların üçdə ikisi su çatışmazlığına məruz qalacaq. Bu aktual problem hələ təhlükəsizlik kontekstində qlobal xarakter almayıb, amma gələcəkdə bu problemin həlli üzrə mübarizələrin kəskinləşəcəyi proqnozlaşdırılır.

Əgər qonşu ölkələr tarixi ziddiyyətlərə malikdirsə və bir ölkə digərinin su axınını məhdudlaşdıra bilirsə, münasibətlər daha da ciddiləşir. Bəzi hallarda isə cinayətkar qruplar da su üstündə mübarizə aparırlar.

Su ilə əlaqəli olan problemlərin əhatə dairəsi genişlənir və buna görə onlara kompleks şəkildə baxılmalıdır.

Tarixdə zaman-zaman su uğrunda müharibələr olub. Gələcəkdə də olma ehtimalı artmaqda davam edir. Yerin quru ərazisinin təxminən 50%-ində bir neçə dövlətə məxsus olan çaylar var. Bu dövlətlər bəzən bir-birlərinə süni su qıtlığı yaradır, hətta hərbi güc tətbiq etməklə hədələyir.

Su müharibəsi – malik olduğu su mənbəyinin qorunması, itirilmiş su mənbəyinin geri qaytarılması, suyun bölünməsi, sudan ekoloji, diplomatik və siyasi təsir vasitəsi kimi istifadə, suyun yararsız vəziyyətə salınması, suyun dağıdıcı gücündən rəqib tərəfə qarşı istifadə, qarşı tərəfin sudan məhrum edilməsi, suyun təhlükəsizliyinin təmin edilməsi və çoxsaylı digər fəaliyyətlərin gedişi deməkdir. Yəni su müharibəsi artıq gedir, sadəcə olaraq silahlı qüvvə aktiv tətbiq olunmadan gedir. Məntiqi olaraq su müharibəsinin davamı – həmin səbəblərin yaradılması və ya aradan qaldırılması məqsədi ilə hərbi əməliyyatların keçirilməsindən ibarət olacaq. Yəni su müharibəsi ikinci mərhələyə – daha akfiv fazaya keçəcək. Bu fazada əsas söz sahibi Silahlı Qüvvələr olmalıdır.

Su mənbələri strateji obyekt kimi nə əhəmiyyət daşıyır?

Qarabağda ümumilikdə 24 su anbarı var və bunlardan 3 su anbarı qəzalı vəziyyətdədir. 22 meliorasiya təyinatlı su anbarından 7-si, eyni zamanda balıqçılıq məqsədləri üçün istifadə edilir. 2 su anbarı isə enerji mənbəyi təyinatlıdır.

2018-ci ilin yanvar ayında qondarma qurumun “nümayəndəsi” Arayik Harutyunyan “iqtisadi artım”dan danışarkən bildirmişdi ki, Sərsəng-Madagiz su anbarları ərazisində bu il yerli və xarici sərmayə hesabına 100 milyon dollar dəyərində layihə həyata keçiriləcək. O, inşa ediləcək su anbarlarının turizm, enerji və balıqçılıq təyinatlı olacağını bildirmişdi. Bu bəyanatın arxasında nələrin dura biləcəyi aidiyyatı qurumlar tərəfindən araşdırılmalı, təhlil edilməli və əməli tədbirlər görülməlidir.

Rəqibi su təchizatından məhrum etmək, onun üzərində qələbə qazanmaq imkanı yaradır. Bunu etmək üçün bəndlər tikir, çayları bağlayır, su quyularını və mənbələri zəhərləyirlər və s. Döyüş sahəsində isə su mənbələri əsas diqqət mərkəzində olan təminat növlərindən biridir. Müharibə şəraitində su mənbələri və hidravlik qurğular ələ keçirilə və ya qəsdən məhv edilə bilər. Suyun mənbəyi ərazisində olan ölkə sudan istifadə edən ölkələrə gedən suyun miqdarını tənzimləməklə bundan təzyiq vasitəsi kimi də istifadə edə bilər.

Şirin su mənbələrinin tükənməsi, su mənbələrinə ədalətsiz müdaxilə və su ehtiyatları üzərində məqsədli nəzarət müasir təhdidlərdir. Buna görə su ehtiyatlarını müdafiə etmək və qorumaq, düşmən nəzarəti altında olan su mənbələrini isə azad etmək lazımdır. Mövcud su mənbələrinin qorunması və suyu qənaətlə istifadə etmək, yeni su ehtiyatlarını kəşf etmək, sudan səmərəli istifadə, suyun çirklənməsinin qarşısının alınması, su üzərində itirilmiş hüquqların bərpa edilməsi günümüzün tələbidir.

İçməli su ilə zəhərlənmə təhlükəsi, ölkənin daxili təhlükəsizliyinə böyük təhdidlərdən biridir.

Su xüsusi və artan dəyərə malik olduğu üçün, su ehtiyatlarının idarə olunmasına da xüsusi yanaşma olmalıdır. Bu prosesə bir neçə qurum cəlb edilməli, qurumlararası idarəetmə mərkəzi yaradılmalı, müştərək fəaliyyət təşkil edilməlidir.

Hazırda su çatışmazlığı problemi başqa yollarla da həll edilə bilər. Xəzər dənizinin suyunu təmizləyən duzsuzlaşdırma zavodlarının yaradılmasını nəzərdən keçirmək məqsədəuyğundur.

Ermənistanın işğalı nəticəsində Sərsəng su anbarının ələ keçirilməsi ilə bölgələrimizə qarşı ekoloji təzyiq aləti kimi istifadə olunması

Hazırda qlobal problemlərin siyasətdə və beynəlxalq münasibətlərdə təsiri daha da güclənir. Artıq dövlətlərarası münasibətlərdə ekoloji çirklənmə və su mənbələrinə nəzarət mühüm rol oynayır. Bu faktorlar bir dövlətin digərinə təzyiq vasitəsi kimi siyasi alətinə çevrilib. Bu baxımdan içməli su problemi də günümüzün siyasi münasibətlərində çox mühüm yeri olan komponentdir. Beynəlxalq arenada su mənbələrindən siyasi təzyiq vasitəsi kimi istifadə edilən “su diplomatiyası” deyilən bir anlayış da ortaya çıxıb.

Sərsəng su anbarı Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1976-cı ildə 12 kilometr uzunluğu olan Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib və tutumu 565 milyon kubmetr olaraq regionun ən iri su hövzəsidir. Bəndin hündürlüyü isə 125 metrdir. Sərsəng su anbarı, bəndinin hündürlüyünə görə respublikada ən yüksək su anbarıdır. Tərtər çayı üzərində inşa edilmiş həmin su anbarı bir vaxtlar Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlamasından əvvəl Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının böyük torpaq sahəsini suvarma suyu ilə təmin edirdi, yüz minlərlə insanın yaşadığı böyük bir kənd təsərrüfatı regionu üçün əsas su təminatı idi. Ermənistan-Azərbaycan müharibəsinin vurduğu ziyanlar sırasında vacib məsələlərdən biri də işğal nəticəsində ermənilərin nəzarəti altına keçmiş Sərsəng su anbarıdır. Anbar ermənilərin nəzarəti altında olduğu üçün işğalçılar onun vasitəsilə azərbaycanlılara bacardıqları qədər daha çox ziyan vurmağa çalışırlar. Əslində bu da müharibənin bir növüdür, yəni yuxarıda qeyd etdiyimiz kimi “su müharibəsi”dir. Yaz-yay aylarında, təsərrüfatların suya daha çox ehtiyacı olduğu vaxtlarda ermənilər yuxarıda adları sadalanan rayonların ərazilərinə su buraxmırlar. Bu isə, təbii ki, öz mənfi təsirini göstərir. Kasıb kəndlinin əzab-əziyyəti suyun olmaması səbəbindən hədər gedir. Payızın intensiv yağıntılar dövründə, qış mövsümündə və erkən yazda ermənilər Sərsəng su anbarından maksimal həcmdə su buraxırlar və bu, subasmalara, sahələrin, yolların yuyulub xarab olmasına gətirib çıxarır. Uzun illər ərzində bu vəziyyətin davam etməsi regionda bitki və yaşıllığın məhvinə səbəb olub.

Ən pisi də odur ki, bütün bunlar torpağın bioloji strukturunda bərpası mümkün olmayan proseslərin baş verməsinə və ən nəhayət, ciddi ekoloji gərginliyə gətirib çıxarıb.

Ermənistanın təmizlənmədən birbaşa Tərtər çayına axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində çayda və Sərsəng su anbarında zərərli maddələrin miqdarı normadan dəfələrlə artıqdır. Suyun həddindən artıq kimyəvi zəhərlənməyə məruz qalması bu ərazidə yaşayan insanlarda dəri-zöhrəvi və mədə-bağırsaq xəstəliklərinin də geniş yayılmasına səbəb olur.

27 ildən artıq bir müddətdir tam baxımsızlıq üzündən Sərsəng su anbarının bəndi aşınmalara məruz qalıb, texnogen qurğuların əksəriyyəti sıradan çıxıb və hazırda təhlükəli bir vəziyyət yaranıb: istənilən vaxt baş verə biləcək təbii hadisə və ya hər hansı bir təxribat bəndin dağılmasına gətirib çıxara bilər.

İşğalçılıq siyasətini həyata keçirmək üçün ermənilər ekoloji terror vasitələrinə əl atıb, bununla da nəinki insanlığa qarşı, həm də təbiətə qarşı cinayətlər törədiblər. Onların Sərsəng su anbarı vasitəsilə həyata keçirdikləri ekoloji fəlakət böyük humanitar böhranlardan biridir.

Ermənilər, hətta su vasitəsilə minalar axıdırlar ki, Azərbaycan ərazisində partlasın və bunun nəticəsində əhaliyə və ekologiyaya ziyan dəysin.

Sərsəng su anbarının hər hansı bir formada qəzaya uğraması və ya hər hansı bir təxribat nəticəsində partladılması Azərbaycan xalqının və torpaqlarının önəmli bir hissəsinin böyük zərərlə üzləşəcəyinə səbəb ola bilər. Bunun üçün beynəlxalq bir komissiya qurulmalıdır ki, Sərsəng su anbarının mövcud vəziyyətini araşdırıb, tədqiq edib dünya ictimaiyyətinə çatdırsın. Bundan sonra bütün zəruri addımlar atılmalıdır. Bunlar uzun illərdir baş vermədiyinə görə bu təhlükənin qarşısının alınmasının yalnız hərbi əməliyatlar vasitəsilə mümkün olacağı görünür.

Sərsəng su anbarı, onun üzərində olan su elektrik stansiyası Ermənistan tərəfindən ekoloji və humanitar terror obyektinə çevrilib. Bu regionun təbii resursları Ermənistan tərəfindən vəhşicəsinə istismar olunur, Sərsəng su anbarı da ekoloji terror məqsədləri ilə istifadə edilir, su anbarının hərbi məqsədlər üçün istifadə olunması təhlükəsi də daim var.

Hərbi platformalarda Sərsəng su anbarının vurulması ilə Azərbaycanın təhdid edilməsi

Səbəbindən asılı olmayaraq Sərsəng su anbarında baş verə biləcək qəza və ya təxribat bizim yüz minlərlə soydaşımızın yaşadığı bölgə üçün əsl böhran, böyük bir bədbəxtçilik olardı. Sərsəng su anbarı bəndinin dağılması baş verərsə, bir saat ərzində Tərtər rayonu, sonrakı 2-3 saat müddətində isə 6 rayon su altında qala bilər. Su, yolu üzərində məskunlaşan minlərlə əhali üçün ciddi təhlükə yaradacaq, canlı aləmi məhv edəcək, körpüləri dağıdacaq, yolları sıradan çıxaracaq, texnikanı istifadəyə yararsız hala salacaq, müdafiə məqsədli qurulmuş fortifikasiya qurğularını tamamilə siləcək.

Faciə isə gözləniləndir, çünki erməni tərəfinin qəzalı vəziyyətdə olan bəndin təmir-bərpasına nə imkanı, nə də marağı var. Mövcud vəziyyət yalnız Azərbaycan tərəfini narahat edir və Sərsəng su anbarında təmir-bərpa işlərinin görülməsi yalnız bizə lazımdır.

Sərsəng su anbarında qəza, avadanlıqların istismar müddətinin başa çatması, iqlim dəyişikliyi ilə əlaqədar daşma və təxribat səbəblərindən baş verə bilər.

Ermənistan su anbarlarından daim Azərbaycana qarşı kütləvi qırğın və vahimə vasitəsi kimi istifadə edir və edəcəyi ilə də hədələməyə davam edir.

Sərsəng su anbarı probleminin həlli ayrıca deyil, Azərbaycan torpaqlarının işğalı problemi ilə birgə həll olunmalıdır.

Azərbaycan Ordusunun gözlənilən əməliyyatında başlıca məqsədlərdən və ilk tapşırıqlardan birinin Sərsəng su anbarının azad edilməsi olmalıdır

Azərbaycan Silahlı Qüvvələri qarşısında duran birinci tapşırıq işğal altında olan ərazilərin azad edilməsidir. Torpaqların azad olunması üzrə siyasi qərar qəbul edildikdən sonra ordu rəhbərliyi tərəfindən əməliyyatların planlaşdırılması və mövcud planların dəqiqləşdirilməsi aparılmalıdır. Atəşkəs dövründə bu planlaşdırmalar aparılıb və müxtəlif təlimlərdə praktiki olaraq sınaqlardan keçirilib. Amma məlumdur ki, əməliyyat şəraiti daim dəyişir, odur ki, planların da daim dəqiqləşdirilməsinə və düzəlişlərin edilməsinə ehtiyac var.

İkinci Qarabağ müharibəsinin ikinci mərhələsinin strateji hədəfləri məlumdur: işğal altında olan torpaqlar azad olunmalı, sərhədlər bərpa edilməli, insanların yaşaması üçün ərazilərin təhlükəsizliyi təmin edilməlidir. Müharibənin növbəti mərhələsində isə Azərbaycan ərazisinin ermənilərdən tamamilə təmizlənməsi və tarixi torpaqlarının azad edilməsi həyata keçirilməlidir. Əks təqdirdə ərazilərimizin təcavüzə məruz qalma ehtimalı heç vaxt bitməyəcək, odur ki, təhlükəsizliyimizə olan bu təhdid kökündən həll edilməlidir.

Strateji hədəflərə çatmaq üçün əməliyyat və taktiki hədəflər təyin olunmalıdır, hücumun əsas zərbə istiqamətləri təyin edilməlidir. Bu istiqamətlər və ara hədəfləri strateji hədəflərə çatmağı təmin etməlidir.

Hücumun əsas zərbələrinin birinin Tərtər ‒ Sərsəng istiqamətində və ara hədəfinin Sərsəng su anbarı olması bizə nə verəcək?

Relyefin yaratdığı hərəkət məhdudiyyətləri səbəbindən qoşunların hücumu əsasən yollar, vadilər, dağ silsilələrinin yamacları boyu olduğunu nəzərə alsaq, hücum üçün bu istiqamət daha uyğundur. Qüvvələrin bu istiqamətdə bölmə tərkibində deyil, xüsusi təyinatlı qruplara və altqruplara bölünməsi, hər birinin avtonom fəaliyyət göstərməsi daha effektiv olacaq.

Hücum edən qoşunlar əsas qüvvələri ən mühüm obyektlərin tutulmasına cəmləşdirəcək. Bu obyektləri itirdikdən sonra düşmən müdafiəsinin bütün sistemləri pozulmağa başlayacaq.

Hücum gecə və ya digər məhdudgörmə şəraitlərində keçirilərsə qəfillik təmin ediləcək və düşmən müdafiəsinin tam həcmdə fəaliyyətə başlamasına imkan verilməyəcək. Bununla düşmən müdafiəsinin sistemləri pozulacaq, xaos və qərarsızlıq yaranacaq.

Yandan ötüb keçmə qüvvələrinin fəaliyyəti üçün uyğun şərait var, bu da hədəfə tez çatmaq üçün imkan yaradır. Hücumun uğurlu alınması üçün düşmənlə təmasda olma yerlərində tez bir müddətdə sərfəli qüvvə və vasitələr nisbəti, hər sahədə üstünlük yaratmaq mümkündür.

Düşməni darmadağın etmək və mövqelərini ələ keçirmək məqsədi ilə qoşunları helikopterlərlə düşmən arxasında yerləşən hakim yüksəkliklərə atmaq mümkündür.

Qoşunların hücuma keçmə həddini düşmənin ön xəttinə yaxın seçmək, bununla da bir sıçrayışla düşmənin ön xəttini ələ keçirmək mümkündür. Düşmənin ön xəttini ələ keçirdikdən sonra cinahlara doğru manevrlər etməyə əlverişli şərait var.
Bizim hücum edən qoşunların döyüş fəaliyyətlərini təmin etməkdən ötrü taktiki hava desantları və taktiki ötüb keçmə qrupları tətbiq etmək mümkündür. Bu qruplar hücum istiqamətindəki ərazinin vacib sahələrini, düşmənin idarəetmə məntəqələrini, rabitə qovşaqlarını, artilleriyanı, təminat anbarlarını ələ keçirəcək, onun ehtiyat qüvvələrinin cəbhə istiqamətinə yaxınlaşmalarını və düşmən qoşunlarının arxaya çəkilmələrini əngəlləyəcək. Bununla da hücum edən qoşunlarımızın əsas qüvvələrinə düşmənin müdafiə olunan canlı qüvvə və texnikasını məhv etməyə imkan yaradacaq. Onlar əsas qüvvələrin vacib istiqamətlərdə müvəffəqiyyətlə hücum etmələrini təmin etmək üçün müdafıə olunan düşmən qoşunlarına cinahlardan və arxadan zərbə endirəcəklər.

Əsas qüvvələr tərəfindən ərazinin əlverişli sahələri ələ keçirildikdən sonra, uğuru inkişaf etdirmək məqsədilə ehtiyatları döyüşə yeritməyə ərazi imkan verir.

Bu istiqamətdə hücumdan əvvəl artilleriya hazırlığı olmadan da hücuma başlamaq olar. Düşməni aldatma niyyəti ilə digər istiqamətdə artilleriya hazırlığı keçirmək olar.

Korpusun tapşırığının dərinliyi nisbətən az olacaq, ona görə sərfəli qüvvə nisbəti yaratmaq imkanı var. Bu hücum istiqaməti üzrə fəaliyyət göstərən qoşunlara sağ və sol qonşuların dəstək verməsi nəzərdə tutula bilər. Hücum zamanı reyd dəstəsinin, yandan keçmə dəstələrinin əsas qüvvələrlə razılaşdırılmış fəaliyyəti nəzərdə tutula bilər. Hücumun bütün mərhələlərində tank bölmələrinin tətbiqi mümkündür. Əməliyyatın bütün dərinliyi boyu hücumun hətərəfli təminatı üçün infrastruktur mövcuddur. Bu istqamətdə reyd dəstələri tətbiq edilə bilər, bu da əməliyyatın eyni zamanda bütün dərinlikdə keçirilməsinə imkan verir. Əməliyyat tapşırığının bütün dərinliyində kəşfiyyat və zərbə PUA-larından uğurla istifadə etmək olar.

Korpusun bu əsas zərbə istiqaməti müdafiə olunan düşmənin əsas qüvvələrinin cinahına və arxa tərəfinə çıxacaq. Bu da düşmən qüvvələrini parçalayaraq darmadağın etməyə imkan yaradacaq.

Bizim qoşunların hücumunun mümkün maksimal tempi, hücum səylərinin düşmən müdafiəsinin dərinliyinə keçirilməsi, düşmənin dövrələnməsi, o cümlədən havadan, öndən, cinahlardan və arxadan zərbələrin endirilməsi, düşmən qüvvələrinin parçalanmasını və hissələrlə məhv edilməsini təmin edəcək.

Əsas hücum qüvvələri ilə düşmənə öndən zərbələr endirərkən, yandan keçmə və reyd dəstələri ilə düşmən müdafiəsinin dərinliyinə irəliləmək və əsas qüvvələrlə birləşdirmək böyük effekt verəcək.

Düşmən qüvvələrinin mühasirəyə alınması və onların hissələrlə məhv edilməsi üçün hücum qüvələri ilə əsas istiqamətlərdə hücum etməklə, eyni zamanda düşmən müdafiəsinin dərinliyində yerləşən dağ keçidlərinin və yol qovşaqlarının ələ keçirilməsinə hava desantlarının çıxarılması ilə nail olmaq olar. Bunun üçün Sərsəng su anbarı ətrafındakı hakim yüksəkliklərə taktiki hava desantı çıxarılması planlaşdırıla bilər və məqsədəuyğundur. Bu istiqamətdə hücumu inkişaf etdirmək üçün ikinci eşelonun döyüşə yeridilməsi mümkündür.

Düşmənin yüksəkliklərin arxa yamaclarında məhv edilməsinə, minaatanlar və haubitsa artilleriyası, aviasiya, zərbə PUA-ları, eləcə də bölmələrin cinah atəşi ilə nail olunacaq.
Aviasiyanın, ərazinin artilleriya atəşi üçün əlçatmaz olan rayonlarında, xüsusilə də Tərtərçay dərələrində, darısqal keçidlərdə, yüksəkliklərin arxa yamaclarında və dağ yollarında tətbiq edilməsi effekt verəcək.

Düşmən müdafiəsinin ön xəttinin hazırlıqlı olması nəzərə alınaraq döyüş düzülüşü təşkil olunacaq.

Hücuma hazırlıq mərhələsində və hücum əməliyyatlarının gedişində düşmən müdafiəsinin və ərazinin əsaslı surətdə kəşfiyyatının aparılması mümkündür. Kəşfiyyatın təşkilində aviasiya, PUA, radioelektron kəşfiyyat və digər müasir üsul və vasitələrin tətbiqi imkanları var.

Düşmənə gözləmədiyi vaxt, gözləmədiyi yerdə, gözləmədiyi qüvvələrlə, gözləmədiyi üsulla sarsıdıcı zərbə endiriləcək.

Düşmənə, yandan keçmə dəstələrinin cəsur və qətiyyətli fəaliyyətləri ilə əlaqədə yollar və digər asan keçilən ərazilər boyu yekdil cinah zərbələri endiriləcək. Düşmənin əsas qüvvələri cəbhədən, cinahlardan, arxadan, havadan zərbələr alacaq, müdafiə niyyəti pozulacaq, təşəbbüs tam ələ alınacaq.

Düşmən müdafiəsinin dərinliyində yol şəbəkələri, dağ keçidləri və digər əsas obyektlər ələ keçiriləcək. Düşmən, müdafiə qərarının uğurla yerinə yetirilməsini təmin edən bütün növ dəstək və təminatlardan təcrid ediləcək, müdafiə mövqelərindən çıxmağa məcbur olacaq. Düşmən tərəfindən tutulmamış və zəif müdafiə olunan sahələr mövcuddur, onların ötüb keçilmə və dövrələmələr üçün istifadə olunma imkanları var. Bu istiqamətdə xüsusi dağ ləvazimatı və geyimlə təmin olunmağa əsasən ehtiyac yoxdur. Qoşunların manevri və mühafizəsi mümkündür.

Tərtər – Sərsəng istiqamətində klassik hücum üsulundan çəkinmək, düşmənin ön xəttindən Sərsəng su anbarının ətrafındakı hakim yüksəkliklərə qədər olan bütün zolaqda eyni zamanda fəaliyyət göstərmək, yuxarı komandanlığın vasitələri ilə düşmənin əməliyyat və strateji ehtiyatlatını iflic etmək, bütün qüvvə və vasitələrlə su anbarını qorumaq, düşmənin idarəetməsini sıradan çıxarmaq qısa müddətdə həm işğal olunmuş ərazilərin azad edilməsi, həm də su müharibəsinin hədəfinin ələ keçirilməsini təmin edəcək. Əməliyyatın təfsilatı isə planlaşdırma zamanı işlənəcək.

Mənbələr

https://ordu.az/az/news/164266
https://ordu.az/az/news/144368
https://compassmag.3ds.com/ru/10/Industriya/BOR-BA-ZA-VODU
http://actualcomment.ru/voyna-za-vodu-1806261104.html
https://regnum.ru/news/polit/2581080.html

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Sərsəng su anbarı – nə itirmişik, nələri qazana biərik?! – ANALİZ (HƏRBİ EKSPERT)

2020/07/2-308-6374700940.jpg
Oxunub: 16542     11:28     02 İyul 2020    