Qarabağ danışıqlarında yeni format? – EKSPERT (ANALİZ)

2020/03/38495-1583235334.jpg
Oxunub: 5193     16:00     03 Mart 2020    
Türkiyənin proseslərdə iştirak cəlb etmək istəyi nəyə hesablanıb?

Türkiyə-Suriya sərhəddində, daha doğrusu Suriyanın İdlib bölgəsində bu iki ölkənin silahlı qüvvələrinin bir-birinə qarşı ağır döyüş əməliyyatlarına başlaması, söz yox ki, regionda vəziyyəti kifayət qədər gərginləşdirir. Avropanın söz sahibi ölkələri və dünyadakı nüfuzlu beynəlxalq təşkilatlar Türkiyə-Suriya müharibəsində atəşkəs əldə olunmasına dair cəhdləri artırsa da, hələ ki, bu təşəbbüslər nəticəsiz qalır. Maraqlıdır ki, bu arada Cənubi Qafqaz bölgəsinin əsas problemlərindən biri olan Qarabağ müharibəsinin tənzimlənməsində Türkiyənin iştirakına maraq meydana gəlir və Ermənistan-Azərbaycan arasındakı danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupu ölkələrinin nümayəndələri gözlənilmədən Ankarada Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə görüşürlər. Bu qəfil görüş nədən xəbər verir? Cənubi Qafqazda vəziyyət gərginləşir, yoxsa yumşalmağa doğru gedir?! Hərçənd, bu suala cavab tapmaq o qədər asan olmasa da, bircə onu demək olar ki, Qarabağ müharibəsinin tənzimlənməsinə doğru meyllənmə mövcuddur.

Həm öz daxilində PKK, həm də sərhədlərindən kənarda onun silahlı qanadları olan PYD, YPG kimi terror təşkilatları, Əsəd rejiminə tabe olan qüvvələr və rəsmi Dəməşqi dəstəkləyən iranpərəst silahlı qruplaşmalarla mübarizə apardığı bir vaxtda rəsmi Ankaranın Qarabağ müharibəsinin tənzimlənməsində iştiraka cəlb olunmasına ötəri yanaşmaq düz olmazdı. Bu amil yaxın gələcəkdə həm Türkiyəni əhatə edən, həm də Qafqaz bölgəsində yeni siyasi, hərbi-siyasi proseslərin başlayacağından xəbər verir.

Bununla yanaşı, bu məsələ özü ilə bərabər meydana çoxsaylı suallar gətirir...
Qarabağ problemini öz qayğısı hesab edən rəsmi Ankaranın bu münaqişənin nizamlanmasında iştirakına, hazırkı vəziyyətdə Türkiyə ilə siyasi münasibətləri o qədər də yüksək səviyyədə olmayan həmsədr ölkələrin hansı şərtlərlə razılaşdığı ən qaranlıq məqamlardan biridir...

Ermənistanın xilas edilməsi planı

Rəsmi Ankaranın Qarabağ münaqişəsinin tənzimlənməsində iştiraka dəvət edilməsi nədən irəli gələ bilər? Detalları nəzərdən keçirək:

Söz yox ki, Ermənistan iqtisadi cəhətdən Avropa İttifaqı, maliyə sarıdan Birləşmiş Ştatlar və Avropadakı erməni diaspor təşkiltalarından, hərbi nöqteyi-nəzərdən isə Rusiyadan asılı vəziyyətdədir. Əgər Ermənistan Qarabağ münaqişəsinin tənzimlənməsində Türkiyənin iştirakına razılıq verirsə, deməli, bu ölkə iqtisadi baxımdan tamam çöküb və İrəvanda anlayırlar ki, Azərbaycanla sülh şəraitinə qayıtmaq onu rəsmi Bakıdan qaynaqlanan beynəlxalq layihələrdə pay sahibinə çevirər, digər tərəfdən də Türkiyə ilə sərhədlərinin açılması rəsmi İrəvanın dənizə və Avropaya çıxışını asanlaşdıra bilər. Bu isə Ermənistan iqtisadiyyatı üçün ciddi imkanların yaranmasına xidmət edəcək. Bir sözlə, proseslərin qeyri-müəyyən zamanlarda əvvəlcədən bəlli olmayan istiqamətlərə yönəlməsi, rəsmi İrəvanın Kremlin diktəsi ilə “oturub-durmaq”dan artıq cana doymasına eyham kimi qəbul oluna bilər və onun beynəlxalq aləmə inteqrasiyaya can atması qaçılmazdır. Bunun üçünsə mövcud olduğu regionda sülh və əmin-amanlığa, dünya əhəmiyyətli iqtisadi layihələrin təhlükəsizliyinə dövlət səviyyəsində təminat vermək vacibdir. Məhz, bu baxımdan rəsmi İrəvan Azərbaycan torpaqlarından çəkilməli, problemin sülh yolu ilə həllinə töhvə verməli, Türkiyə ilə münasibətlərini nizama salmalıdır.

Görünür ki, bu amilin özü Qarabağ müharibəsinin sülh yolu ilə sonlandırılmasında mühüm əhəmiyyətə malikdir və Türkiyənin tərəfdaşlığı olmadan Ermənistanın iqtisadi dirçəlişinə nail olmaq mümkün deyil.

Digər tərəfdən isə, yuxarıda deyildiyi kimi, Qarabağ münaqişəsini öz problemi kimi qəbul edən Türkiyənin son vaxtlar Suriyada nümayiş etdirdiyi güc və qətiyyət həm də dolayısı ilə Ermənistana mesaj kimi qəbul oluna blər.

Qarabağ müharibəsinin aktiv silahlı əməliyyatlar müstəvisinə keçdiyi halda Azərbaycanın yanında olacağını dəfələrlə bəyan edən rəsmi Ankaranın Suriyada həyata keçirdiyi döyüşlər təbii ki, rəsmi İrəvanı düşündürməyə bilməz... Rusiya kimi güc mərkəzinə arxalanan Əsəd rejiminin düşdüyü hərbi-siyasi vəziyyət Ermənistan hakimiyyətinin gələcəkdəki anoloji məzərəsinin eskizlərini cızır.

Onsuz da Ermənistan rəhbərliyi özünə düşmən hesab etdiyi Azərbaycanın kifayət qədər qüdrətli silahlı qüvvələrə malik olduğunu çox yaxşı dərk edir. Ən azından, 2016-cı ilin aprelində “dördgünlük müharibə”nin nəticələrini rəsmi İrəvan hələ də həzm edə bilmir. Qarabağda döyüş əməliyyatlarının başlayacağı təqdirdə isə Ermənistanın Azərbaycanla dövlət sərhədləri boyunca, daha konkret desək Ağstafa-Qazax-Tovuz-Gədəbəy istiqamətində geniş miqyaslı hərbi əməliyyatlar apara bilməyəcəyi şəksizdir. Bir tərəfdən, erməni hökuməti münaqişədə əsas tərəf kimi Ermənistanın yox, Qarabağ ermənilərinin olduğunu dəfələrlə bəyan edib, digər tərəfdən də 268 kilometr uzunluqda sərhədə malik olduğu Türkiyənin hansı addım atacağı müəmmalı qalır. Çünki, 1993-cü ildə Kəlbəcərin işğalından dərhal sonra Ermənistanla sərhədləri bağlayan rəsmi Ankara dünya ölkələrinin siyasi təzyiqlərinə rəğmən öz qərarını dəyişmədi. Bu isə, Ermənistanın düşdüyü iqtisadi blokadanı daha da möhkəmləndirdi.

Ermənistanın manevr imkanları getdikcə daralır...

Bütün bunlarla yanaşı, iqtisadiyyatı hər gün çökən Ermənistanda daxili gərginlik və sosial partlayış ehtimalları çoxalır. Bundan yayınmaq üçün ölkənin iqtisadi, əhalinin sosial vəziyyətini tənzimləmək üçün iki əsas kilid-açar qonşusu ilə münasibətlərin gərilmiş vəziyyətdə qalması getdikcə erməni hökuməti üçün daha təhlükəli hal alır.

İrəvanın bu vəziyyətdən çıxmasından ötrü Ankara ilə münasibətlərinə yenidən baxması qaçılmazdır. Amma Ermənistan-Türkiyə münasibətlərinin yumşaldılması, iqtisadi əlaqələrin bərpası istiqamətində rəsmi Ankaranın irəli sürdüyü şərtlərdən biri də erməni ordusunun işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması olduğu üçün bu gün Qarabağ müharibəsinin sülh yolu ilə nizmalanmasında Türkiyənin mövqeyi ciddi əhəmiyyət daşıyır. Hərçənd, indiyədək ATƏT ölkələri sözügedən nizamlama proseslərində Türkiyəni kənarda saxlamağa çalışsalar da, bəlli idi ki, rəsmi Ankaranın iştirakı və razılığı olmadan problemin həlli istiqmətində irəliləyişə nail olmaq mümkün deyil.

Son zamanlar siyasi, iqtisadi, hərbi əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdə olan Türkiyə-Rusiya münasibətlərinin Suriya problemində dalana dirənməsi Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə mənfi təsir göstərə bilərmi?

İndiki halda Cənubi Qafqaz regionunda sabitliyin hökm sürməsinə kifayət qədər maraqlı olan rəsmi Moskvanın Qarabağ münaqişəsinin nizamlanmasında Türkiyənin iştirakına maneçilik törətməyəcəyini düşünmək olar. Hər halda, öz iqtisadi durumu ürəkaçan olmayan Rusiya ən azından Ermənistanda “Metsamor” Atom Elektrik Stansiyanın modernləşdirilməsinə kredit ayırmağa çətinlik çəkirsə, bir yandan da bu ölkəyə silahı kredit paketləri ilə satırsa, deməli, rəsmi İrəvanın iqtisadi çöküntüdən xilası həm də Kremlin maraqlarına uyğundur. Başqa bir yandan baxdıqda isə, rəsmi Bakı ilə ən yüksək əlaqələrə malik Rusiya öz cənub qonşusu ilə münasibətlərini də qoruyub saxlamağa maraqlıdır. Hərçənd, Rusiya Suriya problemində Türkiyə ilə əks qütblərdə görünsə də, Kremlin çökməkdə olan Əsəd rejiminə görə rəsmi Ankara kimi güclü tərəfdaşı itirmək həvəsində olması inandırıcı görünmür. Bu amil də, Qarabağ münaqişəsinin nizmalanma prosesində Türkiyənin işitirakına Rusiyanın loyal münasibət bəsləyəcəyini ehtimal etmək imkanını yaradır.

Düzdür, Rusiya Türkiyənin bu nizmlama prosesində vasitəçi kimi mövcudluğuna qarşı çıxmayacaq, ancaq Kremli bir məqam ciddi narahat etməmiş deyil. Yeni vüsət alan bu proseslərdə Türkiyənin vəzifələri, rolu, öhdəlikləri, töhvələri müəyyənləşdirilənə qədər Rusiya Paşinyan hökuməti ilə öz aralarında müəyyən məqamları konkretləşdirməlidir. Bunlardan birincisi indiki erməni hakimiyyətinin Avropa və ya Rusiya arasında dəqiq seçim etməsidir. Çünki Paşinyanın hakimiyyətə gəlişindən sonra Kremlə yaxınlığı ilə seçilən siyasi və hərbi fiqurların böyük əksəriyyəti Ermənistan hakimiyyətindən uzaqlaşdırılıb və ya lokallaşdırılıb. Bu isə, təbii ki, Rusiya üçün məqbul sayılmayacaq və Kremlin təsir rıçağı olmayan erməni hakimiyyətinin Azərbaycanla sülh danışıqlarında yaxşı nəticəyə nail olması rəsmi Moskvanın Cənubi Qafqazda təsir imkanlarından məhrum olmasına gətirib çıxaracaq. Ona görə də, danışıqların Türkiyəli formatı başlayana qədər Rusiya Ermənistanla bir çox məqamı konkretləşdirməli olacaq. Mümkündür ki, yeni formatın icrasına qədər Ermənistanda siyasi dəyişikliklər də müşahidə olunsun. Rəsmi İrəvanın siyasi dairələrində Kremlə yaxın fiqurların olmadığı müddətcə, danışıqların indiyədək mövcud olan formatdan həm kənara çıxması, həm də irəli gedə bilməsini təsəvvür etmək çətinləşir.

Birləşmiş Şatatların Qafqazda möhkəmlənmə siyasətində Türkiyənin yardımına ehtiyac yaranıb.

Bəs Qarabağ probleminin nizamlanmasında Türkiyənin iştirakı ABŞ və Fransanın hansı maraqlarına uyğundur?

Son zamanlar Ermənistandaxili proseslərin müşahidəsi onu deməyə əsas verir ki, ABŞ və Qərb bu ölkədə möhkəmlənmə kursunu sürətləndirir. Ancaq rəsmi İrəvanın Azərbaycanla müharibə şəraitində olması Ermənistanın iqtisadi tənəzzüldən çıxa bilməsinə və burada gələcəyə hesablanmış layihələrin icrasına ciddi əngəl törədir.

Təbii ki, Azərbaycan bu gün qarşısında olan ən böyük problemini-Qarabağ münaqişəsini hərb yolu ilə həll etmək iqtidarındadır. Ancaq bu yol bölgənin inkişafını yetərincə geri atacaq və beynəlxalq səviyyəli iqtisadi layihələri təhlükə ilə üz-üzə qoyacaq. Ona görə də, münaqişənin həllindən daha çox öz maraqlarını möhkəmləndirməyə çalışan həmsədr ölkələr mümkün qədər danışıqları sürətləndirmək və həll yollarının axtarışlarını genişləndirmək istiqamətində cəhdləri çoxaldırlar. Elə bu baxımdan da, regionun əsas dövlətlərindən biri olan Türkiyənin proseslərə cəlb edilməsi tarixi zərurətə çevrilir. Bu həm də, Türkiyə ilə münasibətlərini daha da yaxşılaşdırmağa çalşan Rusiya və Qərb üçün dolayısı ilə yeni açılan fürsətdir. Nəzərə alsaq ki, son vaxtlar Türkiyə-Rusiya münasibətlərindəki yaxınlaşmanın fonunda rəsmi Ankaranın Vaşinqtonla əlaqələrində soyuqlaşma özünü daha qabarıq biruzə verirdi, deməli, bu vəziyyət istər Cənubi Qafqazda, istər Kiçik Asiya bölgəsində gedən proseslərin inkişafında ürəkaçan nəticələr vəd etmirdi. Ona görə də, ABŞ Türkiyə münasibətlərinin nizama salınmasında yeni mərhələnin başlanacağını hesab eləmək olar. Eyni zamanda Türkiyə ilə siyasi-iqtisadi-hərbi münasibətlərini qaydaya salmağa maraqlı görünən ABŞ, həm də Cənubi Qafqaz ölkələrində müəyyən üstünlüklərə malik olmaqda israrlıdır. Xüsusilə, bu, Ermənistanın Rusiyadan asılılığını tamamilə azaltmaq və Qərbə bağlılığını möhkəmləndirmək rəsmi Vaşinqton üçün prioritet məsələdir.

Bunun üçünsə regionun isə ən güclü ölkəsi olan Azərbaycanla Türkiyənin münasibətlərini nəzərə almamaq siyasi cəhətdən taktiki səhv olar...

Bir sözlə, Cənubi Qafqaz regionunda sülhə və sabitliyə nail olmaq və beynəlxalq layihələrin icrasında Türkiyənin yardımına ehtiyac danılmazdır...

Fransızsayağı sakit və ağıllı siyasət...

ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan rəsmi Paris də, Türkiyə ilə o qədər də yüksək səviyyəli münasibətdə olmasa da, Fransanın həm Azərbaycan, həm də Ermənistanda çoxtərəfli maraqları mövcuddur. Hər iki ölkənin iqtisadi inkişafı rəsmi Parisin dünyadakı mövqeyinə zidd dayanmır. Ona görə də, müharibə şəraitində yaşayan bu ölkələr arasında sülhə nail olmaq Fransa ilə Bakı və İrəvanın dostluq münasibətlərinə, iqtisadi əlaqələrinə ancaq müsbət təsir göstərəcək. Əgər Fransa bu iki respublikanın müharibə “çuxası”ndan çıxmasını istəyirsə, onda nizamlanma prosesinə Türkiyənin verə biləcəyi töhvələrə kölgə salmayacaq.

Nəticədə, Suriyada rəsmi Dəməşqlə Ankara arasında etibarlı və uzunmüddətli atəşkəs əldə olunub danışıqlara başlamaq mümkün olsa, Qarabağ probleminin nizamlanması prosesində irəliləyişlərin olma ehtimalı çoxala bilər.

Bu, bir tərəfdən də, Ermənistanın məhv olmaqdan xilas edilməsinə yönəlib....

Hərbi-siyasi təhlilçi Teymur Zahidoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal   Ermənistan   ATƏT   Türkiyə  

Qarabağ danışıqlarında yeni format? – EKSPERT (ANALİZ)

2020/03/38495-1583235334.jpg
Oxunub: 5194     16:00     03 Mart 2020    