Qoşunlarda atəş hazırlığının metodikası - ANALİZ (HƏRBİ EKSPERT)

2020/02/15360-1580888319.jpg
Oxunub: 1990     12:10     05 Fevral 2020    
Atəş hazırlığı qoşunların (bölmələrin) çöl vərdişlərinin və hazırlığının əsas hissəsidir.

Şəxsi heyət döyüşdə atış tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmək üçün:

Bilməlidir:

- silahların və döyüş sursatlarının quruluşunu, döyüş imkanlarını və döyüş tətbiqi qaydalarını;
- atışın əsaslarını və qaydalarını.

Bacarmalıdır:

- silahı və döyüş sursatlarını döyüş tətbiqi (atış) üçün hazırlamağı, onları daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlamağı;
- müşahidə etməklə hədəfləri aşkar (kəşf) etməyi, onlara qədər olan məsafəni müəyyənləşdirməyi, hədəfi düzgün göstərməyi;
- atəş açmaqda düşməni qabaqlamağı;
- bütün üsullarla həm fərdi qaydada, həm də bölmə tərkibində sərrast atış aparmağı və müxtəlif hədəfləri ştat silahının imkan verdiyi bütün məsafələrdə əsasən birinci atışla (qatarla) məhv etməyi.

Əldə etməlidir:

- silahla fəaliyyət göstərməkdə və ştat silahından bütün üsullarla hərəkətsiz, peyda olan və hərəkət edən yerüstü və hava hədəflərinə, gecə və gündüz, istənilən hava və ərazi şərtlərində atış aparmaq üçün atəş qaydalarının tətbiq edilməsini;
- əl qumbaralarının yerindən və hərəkətdən atılması üzrə yüksək bacarıq və vərdişlərin yaradılmasını.

Atəş hazırlığının öyrədilməsinin əsas formaları aşağıdakılardır:

- sinif məşğələləri;
- atış (tank atış) məşqləri;
- çalışmaların yerinə yetirilməsi;
- döyüş atışları və döyüş atışlı taktiki təlimlər;
- silah və texnikaya qulluq saatlarında və park-təsərrüfat günlərində yerinə yetirilən işlər;
- müstəqil (sərbəst) hazırlıq;
- atıcılıq yarışları (digər aidiyyətli yarışlar və müsabiqələr);
- başqa fənlər üzrə keçirilən məşğələlər.

Atəş hazırlığının öyrədilməsində aşağıda qeyd olunan metodlar tətbiq edilir:

- şərh;
- izah;
- mühazirə;
- göstərmə (nümayiş);
- məşq etdirmə (çalışdırma);
- söhbət;
- sərbəst (müstəqil) hazırlaşma;
- atış (praktiki iş).

Atəş hazırlığı üzrə məşğələlər adətən bölük (batareya) tərkibində, təlim birləşmələrində (hissələrində) və xüsusi təyinatlı təhsil müəssisələrində isə taqım (qrup) tərkibində təşkil edilir. Ehtiyac yarandıqda bəzi ixtisaslar üzrə öyrənənlər (qumbaraatanlar, snayperlər və s.) məşğələ zamanı ayrılaraq xüsusi qrup yarada bilər.

Atəş hazırlığının ən vacib hissəsi atış çalışmalarının yerinə yetirilməsi və atış məşqləridir. Atış çalışmalarının miqdarı və yerinə yetirilmə müddətləri Müdafiə nazirinin müvafiq əmri ilə müəyyən edilmiş atış çalışmalarının yerinə yetirilməsi üçün ayrılmış illik döyüş sursatının miqdarı, Müdafiə nazirinin müavinlərinin, baş idarə və idarə rəislərinin, birlik komandirlərinin tələbləri, həmçinin tədris proqramlarında atışların yerinə yetirilməsinə ayrılmış tədris saatının miqdarı nəzərə alınmaqla müəyyən edilir.

Atış çalışmalarının şərtləri və atış sahəsinin imkanları nəzərə alınmaqla bir bölüyün (batareyanın) bir atış çalışmasının yerinə yetirilməsinə 2-4 tədris saatı ayrılır.

Bir tədris dövrünə planlaşdırılmış atış məşqlərinin və çalışmalarının 30 %-i gecə keçirilməlidir.

Atış çalışmalarının yerinə yetirilməsi zamanı mütləq qaydada əlavə təlim yerləri (nöqtələri) yaradılır və bu təlim yerlərində şəxsi heyətə atış hazırlığı üzrə normativlərin yerinə yetirilməsi, düzgün nişanalma, atış qaydaları öyrədilir, atəş hazırlığı üzrə normativlərin yerinə yetirilməsi, çalışmanın şərtlərini və atış zamanı təhlükəsizlik qaydalarını bilmələri üzrə şəxsi heyətdən imtahan (məqbul) qəbul edilir, atəş tapşırıqları həll edilir, əl qumbaralarının atılması çalışmaları yerinə yetirilir.

Atış (tank atış) məşqləri adətən atış çalışmalarının yerinə yetirilməsindən əvvəl, tədris üçün təyin olunmuş vaxtlardan kənar saatlarda keçirilir.

Atış çalışmalarının yerinə yetirilməsi və atış (tank atış) məşqləri zamanı şəxsi heyət təlim yerləri (nöqtələri) üzrə ştat taqım və ya manqa (heyət) tərkibində bölünür.

Yoxlama atış çalışmalarının yerinə yetirilməsi müvafiq təlim çalışmalarının yerinə yetirilməsindən sonra planlaşdırılır.

Atış məşq qurğularının (trenajorların) mövcud olduğu hissələrdə (bölmələrdə) şəxsi heyətlə atış çalışmalarının yerinə yetirilməsindən əvvəl məşq qurğularında məşğələlər təşkil edilməlidir.

Döyüş əl qumbaralarının atılması çalışmaları tədris ilində ən azı bir dəfə ayrıca təşkil edilmiş məşğələ və döyüş atışlı taktiki təlimin döyüş atışlı mərhələsində yerinə yetirilir.

Döyüş atışlarının və döyüş atışlı taktiki təlimlərin təşkili və keçirilməsi qaydaları “Atış Kursu”nda müəyyən edilir.

Nəticə:

1. Atəş hazırlığının təşkili üçün sursat normaları ləğv olunmalı, şəxsi heyət və bölmələr atış kursunda nəzərdə tutulan çalışmaları tələb olunan səviyyədə yerinə yetirənə qədər atışlar davam etdirilməli, komandir heyətindən nəticələr tələb edilməlidir.

2. Sursat sərfinin qənaəti və bölmələrin atəş hazırlığının yüksək səviyyəyə çatdırılması üçün bütün hərbi hissələrdə və bölmələrdə bütün növ silahlar, bütün növ çalışmalar və döyüş atışları üçün simulyasiya mərkəzləri yaradılmalı, bunun üçün xaricdən satınalmalar və ya yerli istehsalatdan istifadə olunmalıdır.

3. Atış çalışmalarının, döyüş atışlarının və döyüş atışlı taktiki təlimlərin effektli keçirilməsi üçün təlim mərkəzləri müasir poliqon avadanlıqları ilə təmin edilməli, atış sahələrində real döyüş şəraitinə uyğun vəziyyət yaradılmalıdır.

4. Bölmələrdə (heyətlərdə) qarşılıqlı əvəz edilmə məqsədi ilə hər bir hərbi qulluqçu öz ştat silahından başqa istənilən silahla davranma qaydalarını tam mənimsəməlidir.

5. Atış çalışmalarının şərtləri müasir döyüşün xüsusiyyətlərinə uyğun daim inkişaf etdirilməli, döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə xidmət etməlidir.

Mənbələr:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Döyüş hazırlığının metodikasi təlimnaməsi”
http://vii.sfu-kras.ru/images/libs/yh_ogn.pdf
https://ebooks.grsu.by/voen_podgotovka/tema-17-metodika-ognevoj-podgotovki.htm
https://invoen.ru/analitika/ognevaya-podgotovka-voennosluzhashhih-bundesvera/
https://rep.bntu.by/bitstream/handle/data/32891/Ognevaya_podgotovka.pdf?sequence=7&isAllowed=y

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Atəş-hazırlığı  

Qoşunlarda atəş hazırlığının metodikası - ANALİZ (HƏRBİ EKSPERT)

2020/02/15360-1580888319.jpg
Oxunub: 1991     12:10     05 Fevral 2020    