Səfərbərlik! Qarabağda Xorvatiya nümunəsi tətbiq edilməlidir – HƏRBİ EKSPERT

2019/09/Soldi-1569408127.jpg
Oxunub: 2472     14:38     25 Sentyabr 2019    
Səfərbərlik - ölkədə və ya dünyada fövqəladə hallar səbəbiylə silahlı qüvvələrin və dövlət infrastrukturunun döyüş vəziyyətinə gətirilməsinə yönələn tədbirlər kompleksidir. Səfərbərlik nəzəriyyəsi və metodları davamlı olaraq inkişaf etdirilir. Səfərbərlik Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirmək və dövlətin bütün sənaye və infrastrukturunu döyüş vəziyyətinə keçirmək məqsədi ilə ümumi miqyasda, həm ayrı bir ərazidə, həm də Silahlı Qüvvələrin və ya onun müəyyən birləşmələrinin döyüş hazırlığını artırmaq üçün fərdi qaydada həyata keçirilə bilər. Beləliklə səfərbərlik məqsədindən asılı olaraq tam və ya qismən elan edilə bilər.

Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında qəbul edilən qanun Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik sahəsində hüquqi tənzimləməni həyata keçirir, icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, həmçinin mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların və onların vəzifəli şəxslərinin, Azərbaycan Respublikası vətəndaşlarının bu sahədə hüquqlarını, vəzifə və məsuliyyətlərini müəyyən edir.

Səfərbərlik elan edilməzdən əvvəl ölkədə hərbi vəziyyət elan edilməlidir, bu qərar müharibənin (hərbi əməliyyatların) başlanmasının və ya atəşkəsin rejimim başa çatdığını bildirir.

Səfərbərlik planı - səfərbərlik fəaliyyətləri və onların həyata keçirilmə qaydalarını izah edən xüsusi bir sənəddir. O, Silahlı Qüvvələrin Strateji Yerləşdirmə Planı ilə ayrılmaz şəkildə bağlıdır. Hər iki sənəd, bir qayda olaraq, Baş qərargahda hazırlanır və Ali Baş Komandan tərəfindən təsdiqlənir.

Səfərbərlik Planı - Silahlı Qüvvələrinin, digər qoşun növlərinin və güc strukturlarının və digər qurumların müharibə vaxtı üçün nəzərdə tutulan təşkilatların tərkibinə verilməsi, habelə İdarəetmə orqanlarının, yerli bələdiyyə və təşkilatların müharibə şəraitinə keçməsi üçün tədbirlər toplusundan ibarətdir.

Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik ölkənin müdafiəsinin təşkilinin tərkib hissəsidir. Səfərbərlik hazırlığı və səfərbərliyin əsas prinsipləri aşağıdakılardır:

- mərkəzləşdirilmiş rəhbərlik;
- səfərbərlik zamanı və müharibə dövründə dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların iş rejiminin müəyyənləşdirilməsi və hazırlığı;
- Azərbaycan Respublikası iqtisadiyyatının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulan digər silahlı birləşmələrin və xüsusi birləşmələrin səfərbərlik planlarının işlənib hazırlanması, səfərbərliyə hazırlığı və səfərbərliyin həyata keçirilməsi;
- Azərbaycan Respublikası iqtisadiyyatının səfərbərliyə və müharibə dövrü şəraitinə hazırlığı;
- Azərbaycan Respublikası iqtisadiyyatının müharibə dövrü şəraitinə keçirilməsinə dair tədbirlərin görülməsi;
- Azərbaycan Respublikasının səfərbərlik hazırlığı vəziyyətinin qiymətləndirilməsi;
- müharibə dövründə dövlətin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin tələbatlarının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədilə məhsulların istehsal olunması üçün qüvvələrin səfərbər olması, istehsal obyektlərinin yaradılması, inkişaf etdirilməsi və qorunub saxlanılması;
- səfərbərlik elan olunarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulan digər silahlı birləşmələrə verilməsi, yaxud onların mənafeyi, habelə Azərbaycan Respublikası iqtisadiyyatının ehtiyacı üçün istifadə olunması məqsədilə xüsusi birləşmələrin yaradılması və hazırlanması;
- səfərbərlik elan olunarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulan digər silahlı birləşmələrə və xüsusi birləşmələrə verilməsi, yaxud onların mənafeyinə uyğun olaraq istifadə edilməsi üçün nəzərdə tutulmuş texnikanın hazırlanması;
- maddi sərvətlərin səfərbərlik və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanılması və təzələnməsi;
- silah və hərbi texnikaya, mühüm mülki məhsullara, yüksək təhlükə obyektlərinə, əhali üçün həyati əhəmiyyətli sistemlərə və milli sərvət hesab olunan obyektlərə dair sənədlərin ehtiyat fondunun yaradılması və saxlanılması;
- səfərbərlik zamanı və müharibə dövründə əhalinin ərzaq və qeyri-ərzaq malları ilə normalara uyğun təchizatının, onlara tibbi xidmət göstərilməsinin, rabitə, nəqliyyat vasitələri ilə təminatının hazırlanması və təşkili;
- dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların müəyyən olunmuş qaydada ehtiyat idarəetmə məntəqələrinin yaradılması və onların müharibə dövrü şəraitində fəaliyyətə hazırlanması;
- kütləvi informasiya vasitələrinin səfərbərlik zamanı və müharibə dövrü üçün işə hazırlanması;
- dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda hərbi uçotun təşkili;
- səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin komplektləşdirilməsi üçün vətəndaşların hərbi uçot ixtisaslarına görə hazırlanması;
- dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsi;
- səfərbərlik planlarının yerinə yetirilməsi üzrə təlim və məşqlərin keçirilməsi;
- səfərbərlik orqanları işçilərinin ixtisasının artırılması;
- səfərbərlik hazırlığı və səfərbərlik sahəsində beynəlxalq əməkdaşlıq.

İdarəetmə orqanlarının səfərbərlik hazırlığı isə səfərbərlik və müharibə dövründə lazımi maddi baza yaratmaqdan, inzibati, planlaşdırma, tənzimləmə və digər sənədlərin işlənib hazırlanmasından ibarətdir.

İqtisadiyyatın səfərbər edilməsi ölkənin bütün resurslarının fəaliyyətini müharibə şəraitinin tələblərinə uyğun şəkildə təşkil etməkdən, dövlətin tələbatını və əhalinin ehtiyaclarını qarşılamaq üçün bir sıra tədbirləri həyata keçirməkdən ibarətdir. Lakin bəzən səfərbərlik elan etmədən də ehtiyatda olan hərbi mükələfiyyətli şəxslərin orduya çağırılması mümkündür. Belə bir vəziyyətdə onların xidmət müddəti, həm də bu müddətin uzadılması Ali Baş Komandan tərəfindən imzalan fərmanla təyin edilir. Bu addım adətən Silahlı Qüvvələrin şəxsi heyətə olan ehtiyaclarını qarşılamaq üçün atılır. Səfərbərlik haqqında qanunun müddəalarının tam həcmdə yerinə yetirilməsi təxminən bir aya qədər müddət ərzində başa çatdırıla bilər.

Səfərbərlik Planında nəzərdə tutulan fəaliyyətlərin tam və ya qismən həyata keçirilməsi üçün qərar qəbul edilməsi və onun elan edilməsi Ali Baş Komandanın müstəsna hüququdur.

İlk dəfə “səfərbərlik” sözündən Prussiyanın 1850-1860-cı illərdə həyata keçirdiyi fəaliyyətləri təsvir etmək üçün istifadə edilib. Son illərdə səfərbərlik elan edilməsinə Ukrayna daha yaxın olsa da, yeni ölkə Prezidenti Zelenski bu addımın atılmasını məqsədəuyğun hesab etmədi.

Miqyasına görə, ən genişmiqyaslı səfərbərlik II Dünya Müharibəsi çərçivəsində Almaniyanın SSRİ-yə hücum etdiyi gün, 1941-ci ilin iyunun 22-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən Leninqrad, Baltikyanı, Qərb, Kiyev, Odessa, Xarkov, Orlov, Moskva, Arxangelsk, Ural, Sibir, Volqa, Şimali Qafqaz və Zaqafqaziya hərbi dairələrində elan edilib. Səfərbərlikdə bu günə qədər öz ərazilərini düşməndən müdafiə edən hər bir ordu üçün aktual olan şüardan istifadə edilib: “Hər şey cəbhə üçün! Hər şey Qələbə üçün!”.

Daha əvvəl isə I Dünya Müharibəsi zamanı Rusiya İmperatoru tərəfindən də səfərbərlik elan edilib. 1914-cü ilin iyulun 28-də də Avstriya-Macarıstanın Rusiyanın müttəfiqi Serbiyaya müharibə elan etməsi və dərhal paytaxt Belqradı artilleriya atəşinə tutması, rus İmperatoru II Nikolayın səfərbərlik elan etməsinə səbəb oldu.

Liviya parlamentinin də bu il iyunun 30-da Türkiyə “təhdidlərinə” qarşı səfərbərlik elan edilməsi barədə qəbul etdiyi qərar “Əl-Ərəbiyyə” telekanalı vasitəsilə Nümayəndələr Palatasının spikeri Aqil Saleh İsaya istinad edilərək beynəlxalq ictimaiyyətə çatdırıldı, lakin bu səfərbərlik tədbirləri heç də ölkənin qarşılaşdığı problemlərin həllində, o cümlədən vətəndaş müharibəsində ciddi nəticələrə səbəb olmadı.

XX əsrin ən son və uğurlu səfərbərlik nümunəsi isə Xorvatiyaya məxsusdur. Bu prosesin üzərində bir az ətraflı dayanmaq istəyirəm.

Keçmiş Yuqoslaviya ilə ayrıldıqdan sonra serblərlə ortaya çıxan münaqişədə Silahlı Qüvvələri demək olar ki, yox dərəcəsində olan Xorvatiya ilk döyüşlərdə polis bölmələrindən istifadə edirdi. Serbiya Xorvatiya ərazisində yaşayan seperatçı serbləri də aşkar dəstəkləyirdi. Qüvvələr qeyri-bərabər olduğundan xorvatlar bir çox ərazilərini itirirdi. Ölkədə artıq qaçqın ordusu yaranırdı. Yəqin ki, bu mənzərə hamımıza yaxşı tanışdır və bu prosesin üzərində ətraflı dayanmaq məqsədimin səbəbini daha çılpaq izah edir.

1991-ci ildə Xorvatlar Milli Qvardiya (sonralar Silahlı Qüvvələr adlandırıldı) yaratmağa başladılar. Onların silahlanmasında İkinci Dünya Müharibəsindən qalan yararsız “An-2” təyyarələrindən və T-34 tanklarından üstün texnika mövcud deyildi. Avqust ayında bir neçə köhnə silahlara malik briqadaya malik olan Xorvatiya ordununu komplektləşdirmək üçün səfərbərlik elan etdi. Serblərin işğal etdikləri ərazilərdən qaçqın düşən əhalidən 40 000 nəfərə qədər, ölkənin digər bölgələrindən isə 60 000 nəfəri orduya cəlb etdilər. Xorvat əsgərlərinin müasir silah çatışmazlığı isə xaricdən alınan kiçik silah partiyaları hesabına doldurula bilmirdi.

1991-ci ilin sentyabr - dekabr aylarında Xorvatiya serblərin çox sayda ağır silahlarını və 32-ci korpusunun bütün silah anbarlarını ələ keçirməklə ordusundakı silah çatışmazlığını aradan qaldıra bildi. Əlavə olaraq 1990-cı ildə Yuqoslaviya Xalq Ordusu tərəfindən müsadirə edilən silahları zor gücünə geri qaytardı. Ordunun təlimlərinə ciddi diqqət yetirildi. Bəzi ölkələrdən mütəxəssislər və təlimatçı zabitlər dəvət edildi. Yemədilər, içmədilər, geymədilər, lakin torpaqların azad olunması üçün gecə-gündüz bir yumruq olub birləşdilər. 1994-cü ilin qışına qədər Xorvatiya ordusu, Xorvatiya Müdafiə Şurası, habelə müttəfiqi olan Bosniya və Herseqovina ordusu, 130 000 serb qoşununa qarşı döyüşə biləcək ciddi hazırlıqlı qruplaşmaya malik oldu. Bu proseslərdə Xorvatiyanın eks-prezidenti Frano Tukmanın müstəsna xidmətləri də unudulmamalıdır. Müharibə zamanı Xorvatiya, BMT-nin keçmiş Yuqoslaviya ölkələrinə silah tədarükünə qoyulan embarqosundan yayınaraq, silahları - “Kalaşnikov” avtomatlarından tanklara və təyyarələrə qədər hər silahı - aktiv şəkildə idxal etdi. Çox zəif maliyyə imkanlarına baxmayaraq xalq və dövlət birləşərək 100-ə qədər tank, 40 ədəd isə aviasiya vasitəsi aldılar. Silah tədarükü kanalları haqqında məlumatlar bir az ziddiyətlidir: bəzi mənbələr silahın əhəmiyyətli bir hissəsinin keçmiş ADR arsenallarını satan Almaniyadan əldə edildiyini göstərir, digərləri isə əsas təchizatçılar kimi keçmiş Varşava bloku ölkələrinə, ilk növbədə Macarıstan və Rumıniyaya istinad edirlər. Bu siyahıda Avstriya, Argentina, Cənubi Afrika və bir sıra digər ölkələrdən olan silah tədarükçüləri də yer alır.

Silahların alınmasında ölkənin xarici ölkələrdə mühüm vəzifələr tutan diaspor nümayəndələri Xorvatiyaya əhəmiyyətli maliyyə və təşkilati yardım göstərirdilər. Münaqişə 1995-ci ilin mayında, beynəlxalq ictimaiyyətin Belqrada təzyiqi fonunda yenidən qızışdı. Mayın 1-də Xorvat ordusu serblərin nəzarət etdiyi ərazilərə hücum etdi. "İldırım" əməliyyatı zamanı serblərin işğal etdikləri Qərbi Slavoniyanın bütün ərazisi Xorvatiyanın nəzarəti altına keçdi. Serbiya əhalisi və işğalçı qüvvələr bu ərazilərdən qaçmaq məcburiyyətində qaldı. Bu zaman Yuqoslaviya ordusu, xorvatlar tərəfindən Şərqi Slavoniyanın tutulmasının qarşısını almaq üçün Xorvatiya sərhədinə qoşun və tankları irəli çəkməyə başladı. Lakin xorvatlar torpaqlarının müdafiəsində bir an belə tərəddüd etmədilər. Bosniya və Herseqovina ilə Xorvatiya prezidentləri 22 iyulda Splitdə görüşərək Xorvatiya və Bosniya qoşunlarının birgə fəaliyyəti və qarşılıqlı yardım haqqında bəyannamə imzaladılar.

İyulun 25-də Xorvatiya ordusu və Xorvatiya Müdafiə Şurası Dinara dağının şimalındakı Serbiya qüvvələrinə hücum edərək Bosansko-Qraxovonu ələ keçirdi. İyulun 30-da başa çatan “Yay 95” əməliyyatı zamanı xorvatlar nəhayət Knin və Banja Luka arasındakı əlaqəni kəsməyə müvəffəq oldular.

Avqustun 4-də Xorvat ordusu Kraina serbləri tərəfindən nəzarət edilən demək olar ki, bütün ərazilərə nəzarəti bərpa etmək üçün "Fırtına" əməliyyatına başladı. II Dünya Müharibəsindən sonra Avropadakı bu ən böyük quru əməliyyatında Xorvat ordusu 100 mindən çox qoşundan eyni zamanda istifadə etdi. Hücum cəmi 5 gün ərzində, avqustun 9-da uğurla başa çatdı və məqsədlərinə tam nail oldu. Serb Krainasını Xorvatiya qüvvələri tərəfindən tam azad edildi, serb işğalçıları və seperatçılar bu ərazilərdən çəkildilər. Seperatçı serb Krainasının qondarma rəhbərliyi ləğv edildikdən sonra, 1991-ci ildə bu yerlərdən qaçqın qüşən xorvatlar doğma yurdlarına qayıtdı. Təkcə 1996-cı ildə təxminən 85000 köçkün xorvat Kraina və Qərbi Slavoniyaya qayıtdı. Lakin xorvatlar bununla kifayətlənmədi.

Xorvatlar, əslində onların Prezidenti və ordunun memarı Frano Tukman “Fırtına” əməliyyatından sonra Şərqi Slavoniyada hərbi əməliyyatların başlanması barədə bəyanatlar səsləndirərək, bir ay ərzində sülh müqaviləsi imzalanmadığı təqdirdə, Şərqi Slavoniyada hərbi əməliyyatlara yenidən başlamaq hüququnu özündə saxladığını bildirdi. Xorvatların zərbələrindən hələ də özlərinə gəlməyən serb seperatçıları Tukmanın boş bəyanat verəcək bir şəxs olmadığına tam əmin idilər, həm də Rusiyadan dəstək ala bilməyəcəklərini anlayırdılar, odur ki, noyabrın 12-də sülh sazişi imzalamağa məcbur oldular. Saziş iki il ərzində Şərqi Slavoniyanın Serbiyanın nəzarətində qalan ərazilərinin də Xorvatiyaya qaytarılmasını nəzərdə tuturdu. Saziş BMT-nin UNCRO təşkilatının ləğvini və razılaşmanın icrasına nəzarət edəcək yeni BMT missiyasının yaradılmasını tələb edirdi.

Bunun ardınca, BMT Təhlükəsizlik Şurasının 1996-cı il 15 yanvar tarixli 1037 nömrəli qərarı ilə yeni bir missiya Birləşmiş Millətlər Təşkilatının Şərqi Slavoniya, Baranya və Qərbi Srem (UNTAES) üçün müvəqqəti təşkilatı yaradıldı. Düz iki il sonra, 15 yanvar 1998-ci ildə bu ərazilər Xorvatiyaya birləşdirildi və ölkənin ərazi bütövlüyü tam bərpa edildi.

Bütün bunlar yalnız Silahlı Qüvvələr ilə xalqın birliyi və vətəndaşın öz torpaqları uğrunda hər bir çətinliyə hazır olması hesabına əldə edildi. Bu müharibədə dünya ictimaiyyəti səfərbərlik nədir və necə həyata keçirilir sualına əyani cavab da tapdı. Məncə özündən iki dəfə böyük dövləti belə diz çökməyə vadar edən Xorvatiyanın keçdiyi döyüş yolunu araşdırmağa və öyrənməyə dəyər, çünki bizim qarşılaşdığımız Qarabağ problemi ilə Kraina problemləri arasında oxşar məqamlar kifayət qədərdir. Kraina da Xorvatiyanı parçalayıb onun ərazisində ikinci serb dövlətini yaratmaq, heç olmasa Serbiyaya birləşmək istəyirdi, lakin əvəzində özləri vətənsiz, evsiz-eşiksiz qaldılar. Əslində hər bir seperatçı rejimi dəstəkləyən toplumun haqq etdiyi də budur. Məncə Xorvatiya nümunəsi barədə daha dərindən düşünməyə dəyər...

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Səfərbərlik   Qarabağ   Müharibə   Xorvatiya  

Səfərbərlik! Qarabağda Xorvatiya nümunəsi tətbiq edilməlidir – HƏRBİ EKSPERT

2019/09/Soldi-1569408127.jpg
Oxunub: 2473     14:38     25 Sentyabr 2019    